Dünya
Azərbaycan-Ermənistan sülh sazişi gecikdirilmədən imzalanmalıdır - Hakan Fidan
Türkiyə xarici işlər naziri Hakan Fidan İstanbulda keçirilən Türkiyə, Azərbaycan və Gürcüstan xarici işlər nazirləri arasında üçtərəfli görüşdə mühüm açıqlamalar verib.
Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, görüşün strateji addımlar atmaq üçün təməl yaratdığını vurğulayan Fidan, üçtərəfli əməkdaşlıq mexanizminin regional sülh və rifahda mühüm rol oynadığını bildirib.
Dünyanın çətin geosiyasi sarsıntılar dövründən keçdiyinə diqqət çəkən Fidan, Orta Dəhlizin əhəmiyyətinin gündən-günə artdığını vurğulayıb:
“Növbəti məqsədimiz enerji, nəqliyyat və kommunikasiya infrastrukturlarında daha da inteqrasiya olunmuş bölgə qurmaqdır. Bu inteqrasiya həmçinin Avropa ilə Asiya arasında daha təhlükəsiz, sürətli və proqnozlaşdırıla bilən bir tranzit yolu yaratmaq baxımından strateji əhəmiyyət kəsb edir”.
Fidan həmçinin Azərbaycan və Ermənistan arasında sülh prosesinə də toxunub:
“Regionumuzun münaqişələr əvəzinə inkişaf layihələri, bölünmə əvəzinə ortaq rifah və əlaqə layihələri ilə tanınmasını təmin etmək istəyirik və bunun üçün çalışırıq. Bu gün bu vizyonun ən ümidverici təzahürünü Azərbaycan və Ermənistan arasındakı sülh prosesində görürük.
Biz Azərbaycan ilə Ermənistan arasındakı sülh prosesini dəstəkləyirik. Azərbaycanın legitim narahatlıqlarının aradan qaldırılmasını və sülh sazişinin gecikdirilmədən imzalanmasını da xüsusi olaraq arzu edirik. Azərbaycan və Ermənistanın ortaya qoyduğu iradə bölgəmiz üçün yeni fürsətlər açır. Ermənistanla apardığımız normallaşma prosesi də Azərbaycanla həyata keçirdiyimiz sıx koordinasiya çərçivəsində eyni şəkildə davam edir”.
Müəllif: Roza
-
Dünya02:00Monakoda terror aktı: yaralananlar var
-
Region00:27Xameneinin müavini öldü
-
Dünya29 İyun 22:04İsrail Müdafiə Qüvvələri tam hazır vəziyyətdədir, zərbə üçün hədəflər var - Katz
-
Ekologiya29 İyun 19:40Avropadakı rekord istilər Azərbaycana da gələcək? - Açıqlama
-
Elm və təhsil29 İyun 18:40Şagirdlərin dərs və məşğələdə mobil telefondan istifadəsi qadağan edilir - Rəsmi
-
MDB29 İyun 17:30Rusiya Ermənistanı referendum keçirməyə çağırdı - Moskva nədən narahatdır?
-
Sosial29 İyun 16:38İyulda 42° isti olacaq - AYLIQ PROQNOZ
-
Dünya29 İyun 16:00Dünya mat qalıb: ABŞ “görüş olacaq”, İran “olmayacaq” deyir










.jpg)


.jpg)

















