Sosial
Özbəkistan nümayəndə heyəti DOST Agentliyinin fəaliyyəti ilə tanış oldu - FOTO
Ölkəmizdə səfərdə olan Özbəkistan Prezidenti yanında Milli Sosial Müdafiə Agentliyinin nümayəndə heyəti Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Agentliyində olub.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Publika.az-a verilən məlumata görə, qonaqlar əvvəlcə 1 saylı Bakı DOST Mərkəzində əhaliyə göstərilən xidmətlər və mərkəzin iş prinsipi ilə tanış olublar. Nümayəndə heyəti üçün DOST mərkəzlərinin fəaliyyəti və könüllülük proqramı haqqında geniş təqdimat keçirilib. İştirakçılar könüllülərin xidmət prosesində iştirakını yaxından müşahidə edib, həmçinin könüllü namizədlər üçün təşkil olunan müsahibə prosesini izləyiblər.
DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olan nümayəndə heyətinə mərkəzin fəaliyyət istiqamətləri və könüllülərin bu prosesdəki rolu barədə məlumat verilib. Qonaqlar mərkəzin benefisiarları və könüllülərinin iştirakı ilə təşkil olunan ustad yaradıcılıq dərslərində (master-klas) iştirak ediblər.
Səfər çərçivəsində nümayəndə heyəti 4 saylı Bakı DOST Mərkəzinə də baş çəkib. Onlar burada DOST TV studiyasına da ekskursiya edərək, qurumun media-kommunikasiya fəaliyyəti ilə yaxından tanış olublar.
İkigünlük səfər müddətində Özbəkistan nümayəndə heyəti DOST Agentliyinin müxtəlif departamentlərində görüşlər keçirib, könüllülər üçün təşkil olunan adaptasiya təlimlərini, qrup layihələrinin təqdimatlarını və "Fərdi inkişaf" klubu çərçivəsində keçirilən sessiyaları izləyiblər.
Görüşlər zamanı qarşılıqlı təcrübə mübadiləsi aparılıb və gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub.
-
Elm və təhsil16:28Keçid balları düşəcək?
-
Magazin114:32Dünyada tanınan azərbaycanlıların siyahısı açıqlandı: Bizim Xalq artisti də var - FOTO
-
İdman13:55Azərbaycanı seçən rusa xəbərdarlıq edildi: Sənin kimiləri sevmirlər
-
Hadisə13:21Azərbaycanda vəzifəli şəxs vəfat etdi
-
Sosial12:46Sabah yağış yağacaq
-
Nida Xəbər 10:54Paşinyandan Zəngəzur dəhlizi ilə bağlı açıqlama: Başlayırıq
-
Nida Təhlil 10:30"Dəmir yumruq" ermənilərin 50 faizini sağaltdı - Zülfüqarov azərbaycanlıları təbrik etdi
-
Region10:09Bütün səslər hesablandı: Ermənistan seçkilərinin nəticəsi bəlli oldu




































