Sosial
Sabir Rüstəmxanlının Heydər Əliyevlə bağlı xatirəsi: Qısa müddətdə mənə ev vermişdilər
"Ümummilli lider Heydər Əliyev Azərbaycan tarixinin ən parlaq simalarındandır".
Publika.az xəbər verir ki. bunu sabiq deputat, xalq şairi Sabir Rüstəmxanlı deyib.
O bildirib ki, Heydər Əliyev barəsində saatlarla danışmaq olar:
"O bizim tariximizin ən parlaq şəxsiyyətlərindən biridir. Ən çətin günlərdə Azərbaycan dövlətçiliyini mühafizə edən, qoruyan bir şəxs olub. Azərbaycanda - bir əyalət şəhərində böyüyüb keçmiş SSRİ-nin Siyasi Büro üzvü, baş nazirin birinci müavini olmaq, Nazirlər Kabinetində ən yüksək vəzifə tutmaq, dünyada hörmətli siyasətçi olmaq və tanınmaq hər adama qismət olan bir məsələ deyil. Heydər Əliyev, şübhəsiz öz bacarığı və fitri istedadı ilə buna nail olub. O, ömrünün sonuna qədər "Mən fəxr edirəm ki, azərbaycanlıyam" deyərək yaşadı".
Sabir Rüstəmxanlı vurğulayıb ki, ümummilli lider ədəbiyyata da yüksək dəyər verib:
"Azərbaycan yazıçısı və onu şəxsən tanıyan bir adam kimi, onun ədəbiyyat və mədəniyyətə nə qədər yüksək dəyər verdiyinin şahidi olmuşam. İlk dəfə yazıçıların qurultaylarında Azərbaycan dilində danışıb. Qurultay öncəsi yazıçıları qəbul edirdi, onların bütün fikirlərini dinləyirdi. Azərbaycanda yazıçıların əsərlərinin dərc olunması, onların əsərləri əsasında filmlərin çəkilməsi, dünyada tanıdılması istiqamətində görülmüş işlər son dərəcə əhəmiyyətlidir və onun mədəniyyətə verdiyi yüksək dəyəri göstərir. Bunların hər biri onun dövlətçiliyə və millətin tarixinə dərin bağlılığını göstərir".
O, Heydər Əliyevlə bağlı yaddaşından heç vaxt silinməyən xatirəsindən bəhs edib:
"Heydər Əliyevlə bağlı xatirələrim çoxdur. Mən bu xatirələrimi ayrıca yazmışam.
Mənim 27-28 yaşım var idi. O vaxt "mən yazıçıyam, qəzetdə işləyirəm, jurnalistəm. Amma gecələr bu boyda Bakıya baxıram ki, mənim burada bir evim də yoxdur. Onda nə yazım, vətəndən necə yaza bilərəm?" - deyə bir teleqram vurmuşdum. 10-15 gün keçməmiş məni Yazıçılar İttifaqına çağırdılar ki, Heydər Əliyevə nə teleqram vurmusunuz? Dedim ki, evim yoxdur. Qısa müddətdə mənə ev verdilər. Yəni bu, mənim həyatımda onunla bağlı yadda qalan bir hadisədir. O yaşda mənim evim olmuşdu. 50 yaşımda özü gəlmişdi və təxminən üç saatlıq yubiley tədbirində iştirak etmişdi. 50 yaşımda Opera və Balet Teatrında keçirilən yubiley tədbirimə özü gəldi və axıra qədər iştirak etdi. Bunlar hamısı unudulmaz xatirələrdir".(Oxu.az)
-
Dünya17:03Bu gecə İranı vuracağıq - Tramp
-
Cənubi Qafqaz14:54Ermənistan KTMT-dən çıxacaq? – Paşinyan ilk açıqlamasını verdi
-
Magazin114:06"Əminəm ki, bu, son evliliyimdir" - 3 dəfə evlənən Rəvan
-
Region13:24Türkiyə anons etdi: Ermənistanla sərhədlər açılır, ticarət milyarda yüksələcək
-
İdman12:40“Real”ın ulduzu DÇ-yə bəy kimi gedir: Gəlin kimdir? - FOTOLAR
-
Region10:51Rusiyanın səfiri İrəvana qayıtdı: Moskvada hansı təlimatlar alıb?
-
MDB10:24Ruslar bu gecə də yatmadılar: Ukrayna yüzlərlə PUA ilə hücum edib
-
Sosial09:24Bakıda iş saatları dəyişir - DETALLAR AÇIQLANDI






.jpg)
.jpg)



























