Sosial
Sürücülərin nəzərinə: Sığorta sistemində yeni güzəştlər...
Azərbaycan Mərkəzi Bankının bu ilin aprel ayında dəyişiklik etdiyi "Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta haqqı məbləğlərinin hesablanması Qaydası"na əsasən, sabahdan "Bonus-Malus" sistemi ləğv edilərək fərdi məsuliyyət prinsipinə əsaslanan "Sığorta Tarixçəsi Əmsalı" sistemi ilə əvəz ediləcək.
Publika.az xəbər verir ki, bu barədə İcbari Sığorta Bürosu məlumat yayıb.
Yeni sistemə əsasən, yol-nəqliyyat hadisələri ilə bağlı sığorta tarixçəsinə təsir edən nəticələr artıq sığorta müqaviləsini bağlayan şəxslə deyil, birbaşa nəqliyyat vasitəsini faktiki idarə edən sürücü ilə əlaqələndiriləcək.
Beləliklə, sığorta müqaviləsinin kimin adına bağlanmasından asılı olmayaraq, yol-nəqliyyat hadisəsi avtomobili faktiki idarə edən şəxsin sığorta tarixçəsinə təsir edəcək.
Yeni modeldə "Bonus-Malus" sistemində mövcud olan mürəkkəb sinif və kateqoriyalar ləğv edilərək daha sadə faiz mexanizmi tətbiq olunacaq. Belə ki, sığortalı qəza törətmədiyi halda hər 275 qəzasız sığortalı gün üçün 5% endirim əldə edəcək. Əksinə, yol-nəqliyyat hadisəsinə səbəb olduqda onun sığorta tarixçəsi əmsalına hər hadisə üzrə 30% əlavə tətbiq ediləcək.
Dəyişikliklərə əsasən, əvvəllər nəqliyyat vasitəsini idarə edən şəxslərin sayı birdən artıq olduqda tətbiq olunan 1,15 risk əmsalı bundan sonra yalnız nəqliyyat vasitəsini sahibi ilə birlikdə idarə edən şəxslərin sayı 5 və daha çox olduqda tətbiq ediləcək. Bir avtomobil bir neçə şəxs tərəfindən istifadə olunduqda sığorta haqqı hesablanarkən həmin sürücülərin hər birinin sığorta tarixçəsi nəzərə alınacaq.
Hüquqi şəxslər üzrə sığorta tarixçəsi əmsalı sabit olaraq 1 səviyyəsində saxlanılacaq. Lakin nəqliyyat vasitəsi taksi fəaliyyəti üçün istifadə edildiyi hallarda hüquqi şəxsin də sığorta tarixçəsi formalaşacaq və qəza olub-olmamasından asılı olaraq həmin əmsala müvafiq güzəştlər və yaxud əlavələr tətbiq olunacaq.
Yeni modelin əsas üstünlüyü sığorta tarixçəsinin birbaşa şəxs ilə əlaqələndirilməsidir.
Bu yanaşma sistemin daha şəffaf və ədalətli fəaliyyət göstərməsinə, risklərin daha dəqiq qiymətləndirilməsinə və təhlükəsiz sürücü davranışının təşviqinə xidmət edəcək.
-
Hadisə18:48"Range Rover" sərnişin avtobusu ilə toqquşdu: çoxlu sayda yaralı var - Foto
-
Hadisə16:47Ağdamda çoban həmyerlisini güllələdi - Daha sonra özünə qəsd etdi
-
Nida Təhlil 14:37Heydər Əliyevin Bakıya dəvəti: Azərbaycan daha ağır ssenaridən belə qurtuldu
-
Nida Xəbər 13:23Ərdoğan Azərbaycanı təbrik etdi
-
Qoroskop12:25Həyati önəm kəsb edən mərhələ başladı: 4 bürc üçün xəbərdarlıq
-
Nida Xəbər 11:55XİN ABŞ və İran arasında əldə olunmuş razılaşmanı alqışladı
-
Dünya11:06Ərdoğandan ABŞ-İran razılaşmasına reaksiya: Onlara xəbərdarlıq etdi
-
Nida Təhlil 10:20Bugünkü uğurların başlanğıc nöqtəsi - Azərbaycan fəlakətdən belə xilas olub






.jpg)


















.webp)













