Sosial
Alarkən ALDANMAYIN - Təbii balı saxtasından ayıran əsas əlamətlər
Balın saxta olub-olmadığını onun bulanıq konsistensiyasından, laylanmasından, qeyri-təbii qoxu və dadından, həmçinin sənədlərinin olub-olmamasından müəyyən etmək olar.
Publika.az xəbər verir ki, "Roskaçestvo" təşkilatı əsl balın saxtasından əsas fərqlərini açıqlayıb.
Təşkilatdan izah edilib ki, təbii bal maye və ya qatı konsistensiyaya malikdir.
"Saxta və ya keyfiyyətsiz balda bulanıq konsistensiya və ya laylanma müşahidə oluna bilər, çöküntünün olması mümkündür. Təbii balın ətri yüngül, xoş və növünə xasdır. Saxta balda isə kənar qoxu ola bilər", - deyə "Roskaçestvo"-dan bildirilib.
Balın dadı onun növündən asılıdır - əsasən şirin, bəzən isə azacıq acımtıl olur. Saxta bal isə bala xas olmayan, o cümlədən karamel və ya turşmtəhər dada malik ola bilər.
Bundan əlavə, təbii balın keyfiyyəti sənədlərlə, xüsusən də baytarlıq şəhadətnaməsi ilə təsdiqlənməlidir. Bununla əlaqədar olaraq, "Roskaçestvo" məhsulu yoxlanılmış istehsalçılardan və etibarlı satış nöqtələrindən almağı tövsiyə edir.
Həmçinin qablaşdırmanın üzərində keyfiyyət nişanının olmasına diqqət yetirmək lazımdır, çünki bu markalanma təhlükəsizlik tələblərinə uyğunluğu təmin edir.
Hüseyn İbadlı
-
Cənubi Qafqaz20:24Paşinyan bu dəfə Lusadzorda tualetə su tökdü - VİDEO
-
ABŞ20:12Edam baş tutsaydı, tarixə düşəcəkdi - İki ölümcül iynəyə tab gətirən qadından xəbər var
-
İdman19:48Ayxan Abbasovdan qələbə açıqlaması: "Bacardıqlarından daha yaxşı çıxış etdilər"
-
Sosial19:36Ərindən boşanmaq istədiyi üçün öldürülən qadının FOTOSU
-
İdman19:00Millimiz Litvaya qalib gəldi - YENİLƏNDİ
-
MDB17:00Kəşfiyyatdan şok məlumat: Rusiyanın minə yaxın ballistik raketi var
-
Maraq dünyası16:43Heyvanlarda da qisas hissi olurmuş - Şok video
-
Sağlamlıq16:0610 dəqiqəlik asta qaçış möcüzə yaradırmış - Araşdırma

































.jpg)