Sosial
“Arazın sahilində” növbəti ekoloji təmizlik aksiyası keçirildi - VİDEO
“Veysəloğlu” Şirkətlər Qrupuna (VŞQ) daxil olan “Araz” supermarketlər şəbəkəsi “Təbiəti qorumaq mənim əlimdədir” layihəsi çərçivəsində “Arazın sahilində” növbəti ekoloji təmizlik aksiyasını həyata keçirib.
Şirkətin 15 illiyinə həsr olunan aksiya zamanı əməkdaşlar Araz çayının Saatlı rayonu ərazisindən keçən hissəsini tullantılardan təmizləyiblər. Təmizlik aksiyası çərçivəsində çay sahilindən təxminən 300 kiloqram tullantı toplanaraq xüsusi nəqliyyat vasitəsilə Saatlı rayonunun tullantı poliqonuna daşınıb.
Aksiya Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Saatlı Rayon İcra Hakimiyyətinin dəstəyi ilə həyata keçirilib.
Qeyd edək ki, “Araz” supermarketlər şəbəkəsi “Təbiəti qorumaq mənim əlimdədir” layihəsi çərçivəsində ekologiyanın qorunması və ətraf mühitin mühafizəsinə yönəlmiş müxtəlif ekoloji layihələr həyata keçirir. Ötən illərdə “Arazın sahilində” təmizlik aksiyası Araz çayının İmişli və Saatlı rayonlarından keçən hissələrində təşkil olunub. Layihənin davamlı olaraq həyata keçirilməsi və gələcəkdə Araz çayının müxtəlif rayonlardan keçən hissələrində də təmizlik aksiyalarının təşkil edilməsi nəzərdə tutulur.
Aksiyanın əsas məqsədi ictimaiyyətin diqqətini təbiətin mühafizəsinə, yaşıllıqların bərpası və artırılmasına, eləcə də ətraf mühitin qorunmasına yönəltməkdir. Bununla yanaşı, layihə insanlarda ətraf mühitə qarşı daha həssas və məsuliyyətli münasibətin formalaşdırılmasına, tullantıların azaldılması və düzgün idarə olunmasının təşviqinə xidmət edir.
-
İdman11:08Azərbaycan həndbolunda böhran: Çempionat keçirilməyəcək?
-
Rəsmi xronika11:00İlham Əliyev Malavi Prezidentini təbrik etdi
-
Region10:44Tsarukyanın evində axtarış aparılır
-
Hadisə10:14Atası ilə birgə ölən Fidanla Tunar dünən imtahan verməli imiş - FOTO
-
İqtisadi gündəm09:26Rubl bahalaşdı - MƏZƏNNƏ
-
Kriminal09:00Bakıda qayınata gəlinini narahat edən şəxsi avtomobillə vuraraq öldürdü
-
Sosial08:24Bu sənədi yoxlamadan ev alanlar çıxılmaz vəziyyətdə qalırlar - Xəbərdarlıq
-
Dünya08:12Kiyevə kütləvi hava zərbələri - 7 ölü, 24 yaralı var



























.jpg)

.jpg)






