Sosial
Bakının mərkəzində ödənişsiz avtobuslar fəaliyyətə başladı
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən Bakının mərkəzi piyada zonalarında ictimai məkanların insanların istifadəsi üçün daha da əlçatan olması istiqamətində tədbir görülüb.
Publika.az xəbər verir ki, bu məqsədlə nəqliyyat vasitələrinin hərəkətinin məhdudlaşdırıldığı ərazilərdə yerləşən ictimai iaşə obyektlərinə, istirahət məkanlarına və parklanma məntəqələrinə əlçatanlığın təmin edilməsi məqsədilə ödənişsiz şatllar istifadəyə verilib.
Yeni şatllardan biri - C1 nömrəli mikroavtobus Xaqani bağı ilə Zərifə Əliyeva küçəsinin sonunu, C2 nömrəli mikroavtobus isə Sabir bağı ilə Əziz Əliyev küçəsinin sonunu əlaqələndirir.
Şatllar sərnişinlərin rahat və operativ hərəkətini təmin etmək üçün 7-10 dəqiqə hərəkət intervalı ilə fəaliyyət göstərir.
Qeyd edək ki, istifadəyə verilən şatllar ekoloji cəhətdən təmiz nəqliyyat vasitələridir və şəhərdə dayanıqlı mobillik prinsiplərinin təşviqinə xidmət edir.
Həyata keçirilən bu yenilik mərkəzdə piyadayönümlü və əlçatan şəhər mühitinin təmin edilməsi ilə yanaşı ziyarətçilərin rahat hərəkəti üçün əlavə imkanlar yarаdır.
Qeyd edək ki, istifadəyə verilən şatllar bu mərhələdə yalnız həftəsonları, bayram günləri saat 12:00-dan 00:00-dək çalışacaq.
-
Cənubi Qafqaz20:24Paşinyan bu dəfə Lusadzorda tualetə su tökdü - VİDEO
-
ABŞ20:12Edam baş tutsaydı, tarixə düşəcəkdi - İki ölümcül iynəyə tab gətirən qadından xəbər var
-
İdman19:48Ayxan Abbasovdan qələbə açıqlaması: "Bacardıqlarından daha yaxşı çıxış etdilər"
-
Sosial19:36Ərindən boşanmaq istədiyi üçün öldürülən qadının FOTOSU
-
İdman19:00Millimiz Litvaya qalib gəldi - YENİLƏNDİ
-
MDB17:00Kəşfiyyatdan şok məlumat: Rusiyanın minə yaxın ballistik raketi var
-
Maraq dünyası16:43Heyvanlarda da qisas hissi olurmuş - Şok video
-
Sağlamlıq16:0610 dəqiqəlik asta qaçış möcüzə yaradırmış - Araşdırma

































.jpg)