Sosial
ANAMA azad olunmuş ərazilərdə çox sayda mina zərərsizləşdirdi
“İşğaldan azad edilmiş ərazilərdə bu istiqamətdə aparılan minatəmizləmə əməliyyatları nəticəsində 287 385 ha təmizlənib, 255 200 (189 097 ədəd digər partlayıcı sursat, 42 235 ədəd piyada əleyhinə mina, 23 868 ədəd tank əleyhinə mina) mina və digər partlayıcı sursatlar aşkar edilərək zərərsizləşdirilib”.
Publika.az xəbər verir ki, bunu Minatəmizləmə Agentliyinin (ANAMA) sədri Vüqar Süleymanov brifinqdə deyib.
O bildirib ki, bu gün ANAMA müasir texnologiyalar, innovativ metodologiyalar, mexaniki minatəmizləmə vasitələri, minaaxtaran itlər və yüksək ixtisaslı mütəxəssislərin iştirakı ilə genişmiqyaslı əməliyyatlar həyata keçirir:
“Azərbaycanın humanitar minatəmizləmə təcrübəsi beynəlxalq səviyyədə maraqla öyrənilən və nümunə göstərilən fəaliyyət istiqamətlərindən biridir. Təmizlənən hər hektarın arxasında saatlarla davam edən gərgin əmək, yüksək peşəkarlıq və böyük məsuliyyət dayanır. Humanitar minatəmizləmə yalnız texniki proses deyil, insan həyatı naminə göstərilən fədakar fəaliyyətin nümunəsidir”.
-
MDB11:18Məşhur feminist öldürüldü - FOTOLAR
-
Maraq dünyası10:47Ayı ilə əlbəyaxa olan çoban möcüzəvi şəkildə sağ qaldı
-
Hadisə10:31Abşeronda binada partlayış oldu: Xəsarət alan var - VİDEO
-
MDB10:13Rusiya ordusu Ukraynanın yük gəmisini vurdu
-
Sağlamlıq08:00Göbələklərin gözlənilməz təhlükəsi üzə çıxdı
-
Ekologiya07:17Bu ərazilərə qar yağacaq - HAVA PROQNOZU
-
İdman06:46“Beşiktaş”ın nə qədər borcu var? - Məbləğ açıqlandı
-
Magazin106:16"Toyda oxuyanlar gündə konsert verir, biabırçılıqdır"


















.jpg)
















.jpg)
