Sosial
Vaqif Poeziya Günləri Şuşada davam edir - “Sözün aşığı, sazın aşiqi”
Mədəniyyət Nazirliyi və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə Qazaxda başlanan Vaqif Poeziya Günləri mədəniyyət paytaxtımız Şuşada davam edir.
Publika.az xəbər verir ki, Poeziya bayramı çərçivəsində iyulun 17-də “Sözün aşığı, sazın aşiqi” adlı musiqili-ədəbi tədbir təşkil olunub. Tədbir Azərbaycan saz-söz sənətinin görkəmli nümayəndəsi Aşıq Ələsgərin (1821-1926) vəfatının 100-cü ildönümünə həsr edilib.
Tədbirdə çıxış edən Aşıq Ələsgərin kötücəsi Aysel Zahidqızı belə bir zəngin irsin daşıyıcısı olmağın üzərinə böyük məsuliyyət qoyduğunu bildirib. O, ustad sənətkarın irsini layiqincə təqdim etməyə çalışdığını vurğulayıb. Müəllifi olduğu “Sazın, sözün aşiqi” və “Sarı köynək” kitabları haqqında məlumat verən A.Zahidqızı uşaqlıq illərindən evlərində daim saz sədasının eşidildiyini və belə bir yaradıcı mühitdə böyüdüyünü diqqətə çatdırıb. Həmçinin, Aşıq Ələsgərin nəticəsi Zahid Göyçəli isə çıxışında Molla Pənah Vaqifin həyat və yaradıcılığının iki mühüm dövrünü – Qazax və Qarabağ mərhələlərini xatırladıb.
Tədbirin bədii hissəsində aşıqların ifasında Dədə Ələsgərin yaradıcılığı əsasında musiqi nümunələri səsləndirilib.
-
MDB11:18Məşhur feminist öldürüldü - FOTOLAR
-
Maraq dünyası10:47Ayı ilə əlbəyaxa olan çoban möcüzəvi şəkildə sağ qaldı
-
Hadisə10:31Abşeronda binada partlayış oldu: Xəsarət alan var - VİDEO
-
MDB10:13Rusiya ordusu Ukraynanın yük gəmisini vurdu
-
Sağlamlıq08:00Göbələklərin gözlənilməz təhlükəsi üzə çıxdı
-
Ekologiya07:17Bu ərazilərə qar yağacaq - HAVA PROQNOZU
-
İdman06:46“Beşiktaş”ın nə qədər borcu var? - Məbləğ açıqlandı
-
Magazin106:16"Toyda oxuyanlar gündə konsert verir, biabırçılıqdır"


















.jpg)
















.jpg)
