Sosial
“Araz”ın 15 illiyinə həsr olunan rəsm müsabiqəsinin qalibləri mükafatlandırıldı - FOTOLAR
Veysəloğlu Şirkətlər Qrupuna (VŞQ) daxil olan “Araz” supermarketlər şəbəkəsinin fəaliyyətinin 15 illiyi münasibətilə keçirilən “Yurdumuzun doğma marketi” adlı rəsm müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi keçirilib.
Publika.az xəbər verir ki, müsabiqədə Bakı şəhəri ilə yanaşı, respublikanın müxtəlif bölgələrindən 5-15 yaş arası uşaqlar iştirak edib.
İştirakçılar “Araz” supermarketlər şəbəkəsini öz baxış bucaqlarına və şəxsi təxəyyüllərinə uyğun şəkildə təsvir edərək bir-birindən maraqlı və rəngarəng rəsm əsərləri ərsəyə gətiriblər.
Layihənin əsas məqsədi uşaqların yaradıcılıq qabiliyyətlərinin inkişafına dəstək olmaq, onların rəsm sənətinə marağını artırmaq və fərdi təxəyyüllərini sərbəst şəkildə ifadə etmələri üçün əlverişli şərait yaratmaqdır. Müsabiqə, eyni zamanda, 15 ildir yurdumuzun doğma marketi olan “Araz”ın uşaqların dünyasında necə təsəvvür edildiyini onların rəngarəng yaradıcılığı vasitəsilə nümayiş etdirib.
Peşəkar rəssamlardan ibarət münsiflər heyətinin qiymətləndirməsinə əsasən qaliblər 5-8, 9-12 və 13-15 yaş kateqoriyaları üzrə müəyyən edilib. Mükafatlandırma mərasimində hər yaş kateqoriyası üzrə fərqlənən iştirakçılara dəyərli hədiyyələr və sertifikatlar təqdim olunub.
Münsiflər heyətinin seçimi əsasında qalib və həvəsləndirici mükafata layiq görülən ümumilikdə 50 rəsm əsəri tədbir çərçivəsində sərgilənib.
-
Dünya02:42"Lətifə" iti üçün məhkəmədə il yarım mübarizə apardı
-
Magazin101:11Aktrisaya görə Ülviyyə İlyasovanın cəzası artırıldı
-
İdman00:45“Bəlkə, cahillik edib rəqəm seçirik” - Video
-
Qoroskop00:00Günün ULDUZ FALI - Riskli qərarlardan uzaq durun
-
İdman27 Avqust 23:40"Barselona"nı bəyənən Qurbanov Bakıda kimə azarkeşlik edəcək?
-
İdman27 Avqust 22:48"Qarabağ" Konfrans Liqasında mübarizəni dayandırdı - YENİLƏNDİ
-
Magazin227 Avqust 22:36Braziliya gözəli hamiləlik səbəbindən tacını itirdi - FOTO
-
Maraq dünyası27 Avqust 22:24Milyonçu uğurlu evliliyin sirlərini açıqladı - “Gecə saat 1-də...”









.jpg)





















.jpg)

.jpg)
