Sosial
Xanəndənin ürəyində 4 damar dəyişdirildi
Əməkdar incəsənət xadimi, xanəndə Aqil Məlikov əməliyyat olunub.
Publika.az xəbər verir ki, bu barədə “Qafqazinfo”ya onun oğlu, xanəndə Hüseyn Məlikov məlumat verib.
O bildirib ki, atası açıq ürək əməliyyatı keçirib və hazırda vəziyyəti qənaətbəxşdir: “Şükürlər olsun, hazırda səhhəti yaxşıdır. İyulun 31-də əməliyyat olunub. Bir müddət reanimasiyada qaldı, bu gün isə palataya köçürüldü. Açıq ürək əməliyyatı keçirib, ürəyində dörd damar dəyişdirilib. Əməliyyat çox uğurlu keçdi və hər şey öz qaydasında davam edir.
Göydə Allahın köməkliyi, yerdə isə dövlətimizin, Heydər Əliyev Fondunun böyük dəstəyi oldu. Gəlib prosesi nəzarətə götürdülər, hər cür dəstək göstərdilər. Onlara dərin minnətdarlığımızı bildiririk. Allah hər birinə cansağlığı versin.
Hazırda əhval-ruhiyyəsi yaxşıdır. Dünən də danışmışam, bu gün yenidən yanına gedəcəyəm. İnşallah evə qayıtdıqdan sonra özü əlaqə saxlayacaq, ona dəstək olanlara şəxsən təşəkkürünü və minnətdarlığını bildirəcək”.
Qeyd edək ki, 74 yaşlı Aqil Məlikov bir neçə gün öncə səhhətində yaranan problemlərə görə xəstəxanaya yerləşdirilib.

-
Nəqliyyat00:30Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Oğrulardan ehtiyatlı olun
-
İdman3 Oktyabr 21:36İspaniya mətbuatından Arda Güler şərhi: “Daimi kabus yaşayır”
-
Magazin23 Oktyabr 20:36Hülya Avşar makiyajsız halı ilə diqqət çəkdi - (Foto)
-
Magazin23 Oktyabr 19:00Məşhur aktyorun 13 yaşlı qızı niyə ölüb?
-
İdman3 Oktyabr 18:25Baş məşqçidən Ronaldoya sülh təklifi - Neytral ərazidə...
-
Ekologiya3 Oktyabr 17:13Bu ərazilərə qar yağır - Faktiki hava
-
İdman3 Oktyabr 16:21“Fənərbağça”nın baş məşqçisi: "Qarabağ” komandasını izləyirəm



































.jpg)
