Sosial
Yasamalda sakinlərin müraciətləri yerində dinlənildi - FOTO
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vətəndaş müraciətlərinin operativ araşdırılması və həlli ilə bağlı verdiyi tapşırıqlara uyğun olaraq Yasamal rayonunda növbəti səyyar qəbul keçirilib.
Publika.az xəbər verir ki, Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənovun sakinlərlə növbəti görüşü 20 nömrəli məktəb-liseyin akt zalında təşkil olunub. Qəbulda Yasamal RİH-in məsul əməkdaşları, rayon bələdiyyəsinin və Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəhbər şəxsləri, inzibati ərazi dairələri üzrə nümayəndələr, həmçinin aidiyyəti dövlət qurumlarının və xidmət təşkilatlarının təmsilçiləri iştirak ediblər.
Görüşü giriş sözü ilə açan Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov bildirib ki, vətəndaşlarla birbaşa ünsiyyətin qurulması, onların müraciət və təkliflərinin dinlənilməsi, qaldırılan məsələlərin operativ həlli dövlət başçısının müəyyən etdiyi əsas fəaliyyət istiqamətlərindəndir. O qeyd edib ki, hər bir müraciətə həssaslıqla yanaşılması, problemlərin qanunvericiliyin tələblərinə uyğun şəkildə həll edilməsi və vətəndaş məmnunluğunun təmin olunması dövlət idarəçiliyində əsas prioritetlərdəndir.
Daha sonra sakinlər onları narahat edən məsələləri, təklif və təşəbbüslərini açıq şəkildə səsləndirməyə dəvət olunublar.Qəbul zamanı sakinlər tərəfindən bina həyətlərinin abadlaşdırılması, məhkəmə qərarlarının icrası, söküntüyə görə maddi kompensasiya məbləği, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, sakinlərlə kommersiya obyektləri arasında mübahisələr, kommunal xidmətlərin apardıqları qazıntılar, bina damlarının təmiri,küçələrin işıqlandırılması və kommunal sahəyə aid müxtəlif problemlərlə bağlı müraciətlər səsləndirilib.
Səsləndirilən bütün müraciətlər diqqətlə dinlənilib, bir sıra məsələlər yerində araşdırılaraq operativ həll olunub, əlavə araşdırma tələb edən müraciətlər isə nəzarətə götürülərək aidiyyəti qurumlara icrası üçün yönləndirilib. Problemlərin qısa müddətdə həlli məqsədilə müvafiq qurumların rəhbərlərinə konkret tapşırıqlar verilib.
Sonda Elşad Həsənov bir daha vurğulayıb ki, vətəndaşların müraciətlərinə operativ və obyektiv baxılması, onların hüquq və mənafelərinin qorunması Yasamal Rayon İcra Hakimiyyətinin fəaliyyətində daim diqqət mərkəzində saxlanılır. Bildirilib ki, nəzarətə götürülmüş bütün müraciətlərin həlli istiqamətində aidiyyəti qurumlar tərəfindən zəruri tədbirlər görüləcək və icra prosesi mütəmadi olaraq izləniləcək.
-
Pul08:12Dolların ilin sonuna olan məzənnəsi AÇIQLANDI
-
İdman07:30Messi bu klubu alır
-
Magazin206:16İtmiş telefon məşhur rəqqasənin ölümünə səbəb oldu
-
Səhiyyə05:15Xərçəng xəstələrinin sayı 67% artacaq
-
Magazin204:14İrina Şeyk bağçada alt paltarında romantik pozalar verdi - FOTO
-
Hadisə03:43Azərbaycanda dəhşət: yanaraq ölənlərin adları məlum oldu - FOTO/YENİLƏNDİ
-
İdman01:41Çempionlar Liqasının əsas mərhələsinin ilk oyunları - Doğma meydanda uduzan kimlərdir?
-
Hadisə01:11Şəkidə faciəvi şəkildə ölən Ucal bu qurumun ƏMƏKDAŞI İMİŞ






.jpg)



























.png)



