Sosial
Evə yarasa giribsə, bunu etməyin, yoxsa sizi... - Xəbərdarlıq
Payız aylarında yarasalar qış yuxusu üçün sığınacaq axtararkən təsadüfən mənzillərə girə bilərlər. Belə halda heyvanı öldürmək və ya ona xəsarət yetirmək əvəzinə düzgün şəkildə tutaraq təhlükəsiz yerə buraxmaq lazımdır.
Publika.az xəbər verir ki, bu barədə zooloq Yuliya Perşina “Vesti”yə müsahibəsində danışıb.
Mütəxəssisin sözlərinə görə, yarasalar insanlardan daha çox qorxurlar və adətən insan üçün təhlükə yaratmırlar. Lakin mənzilə daxil olduqda heyvanı əllə tutmaq olmaz.
Yarasanı çıxarmaq üçün əvvəlcə karton qutu, parça və qalın məişət əlcəyi hazırlanmalıdır. Heyvanın hansısa səthə qonub qanadlarını yığması gözlənilməlidir. Daha sonra üzərinə parça salınaraq ehtiyatla qutuya yerləşdirilə bilər.
Yarasanı pəncərədən buraxmaq mümkündür, amma bunu yalnız gecə etmək məsləhətdir. Gündüz buraxılan yarasa quşların hücumuna məruz qala bilər.
Mütəxəssis xatırladıb ki, yarasalar “Qırmızı kitab”a daxil edilib. Heyvanı qəsdən öldürməyə və ya ona xəsarət yetirməyə görə cərimə nəzərdə tutulur.
Adəm
-
Region12:22Nəsimi Musayev Ermənistanda Robert Köçəryanla qonşu kamerada saxlanılır
-
Region11:16Ermənistanda həbsdə olan müxalifətçinin halı pisləşdi, həkimləri buraxmadılar - Öldü
-
Region10:58Rus turistlərin üz tutduğu ölkələr: Ermənistana səfərlər kəskin artıb
-
Nida Xəbər 10:19XİN Polşa və Anqolanı təbrik etdi
-
Dünya10:03Tehranda Netanyahunun oxşarı tapıldı: Ara qarışdı - FOTO
-
Magazin208:36Məşhur aktyor ürək çatışmazlığından vəfat etdi - FOTO
-
Ekologiya07:17Bu gün yağış yağacaq - PROQNOZ
-
İdman06:46Fransa millisinin yarımmüdafiəçisi zədələndi







.jpg)











.png)
















