Abşeronda qurumuş ağacların yerinə yeni tinglər əkilir - FOTOLAR
Bizi izləyin

Sosial

Abşeronda qurumuş ağacların yerinə yeni tinglər əkilir - FOTOLAR

Abşeronda qurumuş ağacların yerinə yeni tinglər əkilir - FOTOLAR

Xırdalan şəhərindəki park və xiybanlar daxil olmaqla, şəhər ərazisində mövcud olan həmişəyaşıl ağacların, xüsusilə şam ağaclarının bütün aqrotexniki qulluq olunmasına baxmayaraq bir neçə ünvanda kütləvi şəkildə quruması müşahidə olunmuşdur.

Publika.az xəbər verir ki, məsələ ilə bağlı Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Ekspertiza Agentliyinə, Kənd Təsərrüfatı Nazirliyinə və Qida Təhlükəsizliyi Agentlinə müraciət olunmuş, qurumanın səbəbələrinin araşdırılması və qurumuş ağacların götürülməsi, eyni zamanda yerində yeni tinglərin əkilməsi istiqamətində rəy verilməsi xahiş olunmuşdur.

Müvafiq qurumların əməkdaşlarının birgə iştirakı ilə əraziyə baxış keçirilmiş və araşdırılmışdır. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Ekspertiza Agentliyi tərəfindən sözügedən qurumuş ağacların götürülməsi və yeni tinglərinin əkilməsi ilə bağlı müvafiq rəy verilmişdir. Belə ki, Xırdalan şəhərindəki Heydər Əliyev adına Parkda kök üstündə qurumuş 749 ədəd şam ağacının götürülməsi haqda məktub daxil olmuşdur. Qeyd etmək istərdik ki, bu rəyə uyğun olaraq RİH tərəfindən Park ərazisində mövcud olan qurumuş ağacların mərhələli şəkildə götürülməsi prosesinə başlanılmışdır. İlkin mərhələdə yaz aylarında 200 ədəd qurumuş ağac götürülmüşdür. Götürülmüş quru ağacların ünvanları koordinatlar və say olmaqla aidiyyatı qurumların iştirakı ilə qeydiyyata alınmışdır. Onların yerinə isə hündürlüyü 3-4 metr olmaqla şam ağacı, küknar, zeytun və müxtəlif ağaclar əkilmişdir.

Ağac əkimi mövsümü boyunca yeni tinglərin əkilməsi davamlı olaraq həyata keçiriləcəkdir.

Bir daha nəzərinizə çatdırmaq istərdik ki, Abşeron Rayon İcra Hakimiyyəti mövcud yaşıllıqların qorunmasına həsasslıqla yanaşmaqla bərabər yaşıllıq sahələrinin artırılması istiqamətində də davamlı işlər görür. Belə ki, ötən 2025-2026-ci illər ərzində rayon ərazisində 25.000-ə yaxın ağac və kollar əkilmiş, onlara aqroqulluq təşkil edilmişdir.

  • Abşeronda qurumuş ağacların yerlərinə yeni tinglərin əkilir - FOTOLAR

Oxumağa davam et
Reklam
Reklam

Gündəm