Sosial
6 saxta sayt bank kartı məlumatlarını oğurlayır - Vətəndaşlara xəbərdarlıq
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Milli Kibertəhlükəsizlik Agentliyinin (MKA) açıq mənbələr üzrə apardığı monitorinqdə ödəniş sistemlərini təqlid edən altı sayt və onları yayan hesablar aşkarlanıb.
Agentlikdən Publika.az-a bildirilib ki, monitorinq zamanı “AzərPay”, “Express Pay”, “ExpersPay”, “KonturPay”, “million” və “PulPay” adlarından istifadə edən altı saxta internet resursu aşkar edilib. Sözügedən resurslarda “Azercell”, “Bakcell” və “Nar” mobil operatorlarının ad və loqolarından istifadə edilməklə endirimli internet və danışıq paketləri təklif olunur. Saxta səhifələr real ödəniş xidməti göstərmir, əvəzində istifadəçidən bank kartı məlumatlarının daxil edilməsi tələb olunur.
MKA-nın araşdırması nəticəsində müəyyənləşib ki, qeyd olunan resurslar eyni yanaşma əsasında hazırlanıb. Saxta saytlarla yanaşı, onları tanıtmaq üçün “TikTok” platformasında hesablar yaradılıb və həmin hesabların paylaşımları ödənişli reklam vasitəsilə yayımlanıb. Reklam materiallarında “Ad”, “Learn more” və “Shop now” bölmələrinin yer alması ödənişli tanıtım mexanizmindən istifadə edildiyini göstərir. Araşdırma zamanı müəyyənləşib ki, saxta resurslarda istifadə olunan reklam materialları da eyni şablon və struktur əsasında hazırlanıb. Materiallarda müxtəlif mobil operatorların loqoları, paket cədvəlləri və “Yay kampaniyası”, “Payız kampaniyası” kimi mövsümi ifadələrdən istifadə olunub, əsasən isə yalnız brend elementləri və rənglər dəyişdirilib. Saxta resurslardan birində bank brendi olan “Expressbank”ın ad və vizual üslubundan da istifadə edilib.
MKA-nın qiymətləndirməsinə əsasən, aşkarlanan hallar ayrı-ayrı insidentlər deyil, eyni şablon və reklam mexanizmi əsasında qurulmuş vahid fişinq şəbəkəsinin elementləridir. Bu səbəbdən yalnız ayrı-ayrı domenlərin bloklanması şəbəkənin fəaliyyətini tam dayandırmaya bilər. Belə ki, mövcud resursların əvəzinə eyni yanaşma ilə yeni domen və hesabların yaradılması mümkündür.
MKA vətəndaşlara internet və mobil rabitə paketləri ilə bağlı təklifləri yalnız müvafiq şirkətlərin rəsmi internet resursları və sosial media hesabları üzərindən yoxlamağı, tanımadıqları keçidlərdə bank kartı məlumatlarını paylaşmamağı tövsiyə edir.
-
Ekopublika.az22:04Nüfuzlu agentlikdən manatla bağlı mühüm proqnoz: Gələn il...
-
Elm və təhsil21:51Qızların məktəbdə sırğa taxması qadağan edilir? - Rəsmi açıqlama
-
Magazin221:39“Kurtlar Vadisi”nin ssenaristləri 2,5 saat ifadə verdilər
-
Kriminal20:12Ramiz Mehdiyevin məhkəməsi başlayır
-
Hadisə18:50Bakıda yeniyetmənin ölümündə “Roblox” amili - Baş Prokurorluqdan xəbərdarlıq
-
Kriminal18:10DTX-nin saxladığı "Çevik" ləqəbli tiktoker həbs olundu
-
Sosial15:36Bakıda dəbdəbəli toyu olan bəy də məmur övladı imiş - FOTO
-
Rəsmi xronika15:14Prezidentin sosial media hesablarında "SABAH.city" ilə bağlı video paylaşıldı







.jpg)









.webp)





.webp)












