Sosial
Yasamalda yeni yol və tunel inşa ediləcək - Evlər söküləcək
Paytaxtda yeni yol və tunel inşa ediləcək.
Publika.az Xəzər TV-yə istinadən bildirir ki, Məhəmməd Xiyabani küçəsi ilə Xarici Dairəvi Yolun kəsişməsi şəhərdaxili və tranzit nəqliyyat axınlarının bir qovşaqda birləşdiyi əsas nöqtələrdən biridir. Pik saatlarda nəqliyyat vasitələrinin eyni kəsişmədən hərəkəti sıxlıq və gecikmələrin yaranmasına səbəb olur. Avtomobil Yolları Dövlət Agentliyinin layihəsi çərçivəsində mövcud hərəkət sxeminin əsaslı şəkildə dəyişdirilməsi nəzərdə tutulur.
Layihənin əsas üstünlüyü müxtəlif istiqamətlər üzrə hərəkət axınlarının bir nöqtədə toplanmasının qarşısının alınmasıdır. Layihəyə əsasən, ərazidə tunel, dairəvi hərəkətin təşkil olunduğu yolayrıcı, eləcə də Qaradağ istiqamətində yan yol yaradılacaq.
Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin müdiri Anar Nəcəflinin sözlərinə görə, bu, "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı"nda nəzərdə tutulan 24 yol layihəsindən biridir.
Daha ətraflı videomaterialı təqdim edirik.
-
Qoroskop01:20Günün ulduz falı: sürprizlərə hazır olun!
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə23 Oktyabr 21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya23 Oktyabr 21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 23 Oktyabr 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə23 Oktyabr 19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə23 Oktyabr 17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika23 Oktyabr 16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı








.jpg)






























