Sosial
BDYPİ at arabaları ilə bağlı xəbərdarlıq etdi
Baş Dövlət Yol Polisi İdarəsi ağır yol qəzaları ilə bağlı məlumat yayıb.
İdarədən Publika.az-a verilən xəbərə görə, məhsul yığımı ilə əlaqədar ümumi istifadədə olan yollarda at arabalarının hərəkəti intensivləşib. Lakin, təhlükəsiz qaydalarına riayət edilməməsi səbəbindən bu növ nəqliyyat vasitələrinin iştirakı ilə qeydə alınan yol-nəqliyyat hadisələrinin sayının artması da, ciddi narahatlıq doğurur.
"Son bir ay ərzində at arabalarının iştirakı ilə baş verən yol-nəqliyyat hadisələrində 1 nəfər həyatını itirib, 3 nəfər xəsarət alıb. Sentyabrın 22-də Cəlilabad rayonunda sutkanın qaranlıq vaxtı minik avtomobili ilə at arabasının toqquşması nəticəsində arabada olan 3 nəfər xəsarət alıb. Sentyabrın 27-də Bərdə rayonunda baş verən hadisədə isə arabaçı həyatını itirib.
Bu hadisələr bir daha göstərir ki, at arabalarının yolda hərəkəti zamanı təhlükəsizlik tələblərinə laqeyd yanaşmaq ağır nəticələrə gətirib çıxara bilər. At arabaları da ümumi istifadədə olan yollarda hərəkət etdikdə müəyyən edilmiş qaydalara uyğun idarə olunmalıdır.
Qaydalara əsasən:
At arabasını ümumi istifadədə olan yollarda 14 yaşına çatmış şəxslər idarə edə bilərlər.
At arabaları yolun sağ kənar zolağında, mümkün qədər sağ tərəflə və bir cərgədə hərəkət etməlidir.
Görünmə məhdud olan yerdə yola bitişik ərazidən və ya ikinci dərəcəli yoldan əsas yola çıxarkən araba sürücüsü heyvanı cilovundan tutaraq aparmalıdır.
At arabaları işıq əks etdirən qurğularla təchiz edilməli, sürücüləri svetoforun və nizamlayıcının işarələrinə, yol nişanlarının və nişanlanma xətlərinin tələblərinə əməl etməlidirlər.
Sutkanın qaranlıq vaxtı və ya məhdud görünmə şəraitində at arabası dəmir yollarından keçirilməməlidir.
Baş Dövlət Yol Polisi İdarəsi at arabalarını idarə edən şəxsləri qaydalara ciddi əməl etməyə, xüsusilə sutkanın qaranlıq vaxtı görünmə və təhlükəsizlik tələblərinə diqqətlə yanaşmağa çağırır" - deyə məlumatda qeyd olunub.
-
Qoroskop01:20Günün ulduz falı: sürprizlərə hazır olun!
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə23 Oktyabr 21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya23 Oktyabr 21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 23 Oktyabr 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə23 Oktyabr 19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə23 Oktyabr 17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika23 Oktyabr 16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı








.jpg)






























