Sosial
Sürücülərə ŞAD XƏBƏR: Cərimə balları ilə bağlı YENİ QƏRAR gözlənilir
Sürücülük hüququnun məhdudlaşdırılmasına səbəb olan 20 bal limitinin artırılması təklifi gündəmdədir. Bu dəyişiklik sürücülərin davranışına və yol hərəkəti təhlükəsizliyinə necə təsir edə bilər?
Publika.az xəbər verir ki, mövzu ilə bağlı Referans-a açıqlama verən nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, cərimə ballarının artırılması hələ də müzakirə mövzusudur.
Onun sözlərinə görə, Milli Məclisdə də deputatların əksəriyyəti əvvəlki sessiyada məsələyə müsbət yanaşıb:
“Ümid edirəm ki, payız sessiyasında bu məsələyə baxılacaq. Cərimə balları, sürücülük hüququnun məhdudlaşdırılmasına səbəb olan bal limiti 20 yox, 30 olacaq. Belə bir müzakirə gedir və bəzi xətalardan da balın yığışdırılması nəzərdə tutulur.
Ola bilər, maddi hissəsi, cərimə sanksiyası hissəsi artırılır, amma bal limiti olmalıdır. Çünki məclisdə şərait elədir ki, istər-istəməz bu qaydanı pozanlar, pozmaq məcburiyyətində qalanlar çoxdur. Və bunun nəticəsidir ki, nə qədər insan hal-hazırda sürücülük hüququndan məhrum olub, ailə dolandıra bilmirlər. Xüsusən taksi sürücüləri bunun əziyyətini çəkir.
Mən düşünmürəm ki, bu, heç nəyə qaydadan pozulmasına daha çox səbəb olacaq. Çünki sonda bu cərimə sanksiyası yerində qalır. Bu gün 40 manat, 60 manat, 80 manat, 100 manat cərimədən söhbət gedir və kifayət qədər də məbləğ böyükdür.
10 manat, 20 manat da heç kim deməsin ki, yox, bir şey olmaz bundan. Bugünkü gün 10 manatın, 20 manatın da, pardon, bir təsiri var. Heç kim cərimə olunmaq istəməz, amma məcburiyyətdən əgər bu baş verirsə, bunu nəzərə almaq lazımdır.
Əvvəlki dövrlə müqayisədə paralellik aparanda görürük ki, əvvəl balla nəticələnən cərimələrin sayı az idi, ona görə bal limiti 20 qoyulmuşdur. İndi balla nəticələnən cərimələrin sayı artıbsa, bal limiti 20-də qala bilməz. Yəni, məsələnin mahiyyəti bundan ibarətdir”.
-
Qoroskop01:20Günün ulduz falı: sürprizlərə hazır olun!
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə23 Oktyabr 21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya23 Oktyabr 21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 23 Oktyabr 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə23 Oktyabr 19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə23 Oktyabr 17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika23 Oktyabr 16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı








.jpg)






























