Sosial
Suraxanıda Prokurorluq işçilərinin peşə bayramı qeyd olundu
Suraxanıda Prokurorluq işçilərinin peşə bayramı qeyd olunub.
Publika.az xəbər verir ki, Azərbaycanda prokurorluq orqanlarının yaranmasının 108 illiyi və prokurorluq işçilərinin peşə bayramı günü münasibətilə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev, Rayon prokuroru Rəşid Mahmudov, Rayon Polis İdarəsinin rəisi Şəhriyar Şəmşirli, Dövlət Təhlükəsizlik Xidmətinin Suraxanı rayon İdarəsinin rəisi Müşviq Həsənzadə, Rayon Məhkəməsinin sədri Rasim Kazımov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Suraxanı Rayon İdarəsinin rəisi vəzifəsinin icraçısı İsmayıl Abbasov, RİHB-nin müavinləri və rayon Prokurorluğunun əməkdaşları Ümummilli lider Heydər Əliyevin Suraxanı rayonunda adını daşıyan parkda ucalan abidəsini ziyarət edib, önünə gül dəstələri düzərək xatirəsini ehtiramla anıblar.
Daha sonra Rayon İcra Hakimiyyətində baş tutan tədbirdə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycanın suverenliyi, müstəqilliyi, ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev prokurorluq işçilərini Azərbaycanda prokurorluq orqanlarının yaranmasının 108 illiyi və peşə bayramı günü münasibətilə təbrik edərək onlara ən xoş arzularını çatdırıb. O, bildirib ki, Azərbaycan Prokurorluğunun beynəlxalq standartlara uyğun dövlət təsisatı kimi formalaşması Ulu Öndər Heydər Əliyevin və onun siyasi kursunun layiqli davamçısı Prezident cənab İlham Əliyev tərəfindən həyata keçirilən ardıcıl və məqsədyönlü islahatlar nəticəsində mümkün olub. RİH başçısı qeyd edib ki, Prokurorluq işçiləri Vətənə və xalqa sədaqətlə xidmət etməyə, respublikamızın davamlı inkişafı, beynəlxalq aləmə inteqrasiyası naminə və qanunçuluğun keşiyində ayıq-sayıq dayanmaqla öz üzərilərinə düşən vəzifələrin həyata keçirilməsində xüsusi fəallıq göstərirlər.
Suraxanı rayon prokuroru, baş ədliyyə müşaviri Rəşid Mahmudov respublika prokurorluq orqanlarının cəmiyyətimizdəki rolu, bu orqanın tarixi keçmişi və müstəqillik illərində gördüyü işlər haqqında danışıb. O, çıxışında dövlət başçısı cənab İlham Əliyev tərəfindən prokurorluq işçilərinə göstərilən qayğıdan danışaraq, bu yüksək diqqətin dövlətçiliyə xidmətdə onlar üçün güclü stimul olduğunu xüsusi vurğulayıb. R.Mahmudov bildirib ki, Suraxanı rayon prokurorluğunun işçiləri rayonda qanunçuluğun bərqərar olunmasında, qanunun aliliyinin qorunmasında, əhali arasında hüquqi təbliğatın aparmasında mütəmadi tədbirlər həyata keçirirlər.
Tədbirin sonunda Rayon Prokurorluğunun bir qrup əməkdaşı Rayon İcra Hakimiyyəti başçısının Fəxri fərmanları ilə təltif olunub.
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə23 Oktyabr 21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya23 Oktyabr 21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 23 Oktyabr 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə23 Oktyabr 19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə23 Oktyabr 17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika23 Oktyabr 16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı
-
Rəsmi xronika23 Oktyabr 15:22Prezidentin sosial şəbəkə hesablarında video paylaşıldı








.jpg)





.webp)























