“Azercell“ yeni “Oyun Portalı”nı istifadəyə verir: “Azercell“ ilə oyna, yarış, qazan!
Bizi izləyin

Sosial

“Azercell“ yeni “Oyun Portalı”nı istifadəyə verir: “Azercell“ ilə oyna, yarış, qazan!

“Azercell“ yeni “Oyun Portalı”nı istifadəyə verir: “Azercell“ ilə oyna, yarış, qazan!

“Azercell” rəqəmsal xidmətlər portfelinə oyun xidmətlərini əlavə edir. “Azercell” mobil tətbiqində istifadəyə verilən yeni “Oyun Portalı” müxtəlif oyun, turnir və viktorinaları bir platformada birləşdirir.

Şirkət bu istiqamətdə fərqli maraqlara uyğun interaktiv oyunlar və rəqəmsal əyləncə həlləri inkişaf etdirməyi hədəfləyir.

İlkin mərhələdə “Oyun Portalı” bölməsində 10-dan çox oyun, turnirlər və günlük abunəlik əsasında təqdim olunan viktorina yer alacaq. İstifadəçilər oyunlardan ödənişsiz yaralana, turnirlərdə iştirak edərək hədiyyələr qazana biləcəklər.

15 sualdan ibarət olan viktorina oyununda isə iştirakçılar düzgün cavablar əsasında müxtəlif səviyyələri keçərək internet paketləri qazanmaq imkanı əldə edəcəklər. Hədiyyələr müəyyən sayda düzgün cavaba çatdıqda təqdim olunacaq. Abunəlik haqqı gündə 1 oyun cəhdi üçün 0,50 manat, əlavə hər cəhd üçün isə 0,40 manat təşkil edir. Abunəçilər gün ərzində 4 dəfə əlavə cəhd əldə edə bilərlər.

“Azercell” “Oyun Portalı”nı mərhələli şəkildə inkişaf etdirərək istifadəçilərə daha geniş oyun seçimi və yeni rəqəmsal əyləncə imkanları təqdim etməyi planlaşdırır.

“Azercell” tətbiqində yeni “Oyun” bölməsi istifadəyə verilir.

“Azercell” ilə oyna, yarış, qazan!

“Azercell” rəqəmsal xidmətlər portfelinə oyun xidmətlərini əlavə edir. “Azercell” mobil tətbiqdə istifadəyə verilən yeni “Oyun” bölməsi istifadəçilərə oyun oynamaq, turnirlərdə yarışmaq və viktorinalarda iştirak etmək imkanı təqdim edir. Bununla da “Azercell” yerli telekom bazarında oyun xidmətləri təqdim edən ilk mobil operator olur. Şirkət bu istiqamətdə istifadəçilərin fərqli maraqlarına uyğun interaktiv xidmətlər və yeni əyləncə imkanları təqdim etməyi hədəfləyir.

İlkin mərhələdə bölmədə 10-dan çox oyun, turnirlər və abunəlik əsasında təqdim olunan viktorina yer alacaq. İstifadəçilər oyunları ödənişsiz oynaya, turnirlərdə iştirak edərək internet paketləri və (digər hədiyyələr) qazana biləcəklər.

Viktorinaya abunə olan istifadəçilər isə hər gün 15 sualı düzgün cavablandıraraq XXXX kimi hədiyyələr qazanmaq imkanı əldə edəcəklər.

“Azercell” tətbiqində rəqəmsal əyləncə imkanlarını təqdim edən “Azercell” növbəti mərhələlərdə oyun portfelinə yeni xidmətlər əlavə etməyi planlaşdırır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm