Sosial
İlqar Fəhmi məktəbli forması ilə bağlı yeniliyi dəstəklədi - Dövlət səbəbsiz qərar vermir
Dövlət ümumi təhsil müəssisələrində vahid məktəbli forması və geyim qaydaları tələbi son günlər yenidən gündəmə gəlib. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2026-cı il 21 sentyabr tarixli Qərarı ilə “Dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirləri” sənədinə dəyişikliklər çərçivəsində həm açıq-saçıq geyimlərə, həm də hicaba məhdudiyyət qoyulması məsələsi müzakirələrə səbəb olub. Qərarın səbəbləri, zərurəti və mümkün nəticələri ilə bağlı müxtəlif fikirlər səsləndirilir.
Mövzu ilə bağlı Publika.az-a danışan Azərbaycan Yazıçılar Birliyinin katibi, yazıçı-şair İlqar Fəhmi isə qərarın arxasında müəyyən zərurətin dayandığını qeyd etdi.
“Əgər belə bir qərar qəbul olunubsa, deməli, buna zərurət yaranıb. Biz bunu tam anlamasaq da, qərarı qəbul edənlər onun səbəblərini bilirlər. Lakin bu zərurətin nədən qaynaqlandığını və arxa planda hansı məqamların dayandığını bütün təfərrüatı ilə açıqlamaq mümkün deyil. Bu, aidiyyəti orqanların işidir”, - deyə İlqar Fəhmi bildirdi.
Onun sözlərinə görə, dövlət heç bir qərarı səbəbsiz qəbul etmir: "Hər bir qərar aylarla, hətta illərlə müzakirə olunur, hərtərəfli araşdırılır, bütün tərəfləri öyrənilir və təhlil edilir".
Azərbaycan Yazıçılar Birliyinin katibinin fikrincə, araşdırmaların nəticəsində belə bir qərar qəbul edilibsə, deməli, bu, zəruri hesab olunub.
Şair məktəblərdə hicabın qadağan olunması qərarını dəstəklədiyini də əlavə etdi.
Müəllif: Gülnar Süleymanaova
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular




































.jpg)

.jpg)