Sosial
XII Bakı Beynəlxalq Kitab Sərgisində oxucuları nələr gözləyir? - FOTOLAR
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə oktyabrın 21-dən 27-dək Bakı Ekspo Mərkəzində XII Bakı Beynəlxalq Kitab Sərgisi keçiriləcək. Oktyabrın 19-da sərgi ilə əlaqədar mətbuat konfransı təşkil olunub.
Publika.az xəbər verir ki, media nümayəndələrini salamlayan Mədəniyyət Nazirliyi Media ilə iş sektorunun əməkdaşı Rəvanə Abdullayeva qeyd edib ki, “Həyat ekrandan böyükdür: bir uşaq, bir kitab, bir gerçək dünya” devizi ilə təşkil ediləcək builki sərgidə 32 xarici ölkədən 59 təşkilat, eləcə də 148 yerli nəşriyyat-poliqrafiya və kitab sənəti ilə əlaqəli müəssisə təmsil olunacaq.
Mədəniyyət nazirinin müşaviri Orxan Fikrətoğlu bildirib ki, ədəbiyyat və kitab sənayesi ilə bağlı Mədəniyyət Nazirliyinin qarşısında yeni vəzifələr qoyulub. Ədəbiyyatın sənayeləşməsi və dövrün çağırışlarına uyğun olaraq, bu sahə üzrə maraqlı tərəflərin hüquq və öhdəlikləri yenidən tənzimlənəcək.
Mədəniyyət Nazirliyi Azərbaycan dili və ədəbiyyat siyasəti şöbəsinin müdiri Vasif Qurbanzadə bildirib ki, “Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyasının qarşıya qoyduğu əsas vəzifələrdən biri də Azərbaycan ədəbiyyatının xaricdə, eləcə də dünya ədəbiyyatının ölkəmizdə tanıdılması istiqamətində fəaliyyətin həyata keçirilməsidir.
Builki sərgidə Azərbaycanın xalq yazıçıları və şairləri tanınmış gənc yazarlarla yanaşı, Türkiyə, ABŞ, İngiltərə, Polşa, Səudiyyə Ərəbistanı və digər ölkələrin görkəmli yazarları və elm adamları iştirak edəcəklər. Sərginin yerli fəxri yazarları Xalq şairi Sabir Rüstəmxanlı və tanınmış uşaq yazıçısı Reyhan Yusifqızıdır. İranəsilli məşhur yazıçı Sərinuş Sənii ilə uşaq və yeniyetmələr üçün əsərlər müəllifi, tanınmış ingilis yazıçısı Darren Simpson isə sərginin xarici fəxri yazarları olacaqlar.
Qeyd olunub ki, SOCAR-ın tərəfdaşlığı ilə gerçəkləşəcək sərgi günlərində müxtəlif formatlı 300-dən çox tədbirin təşkili nəzərdə tutulur. Kitab təqdimatları, imza günləri, konfranslar, qiraət və musiqi saatları, həmçinin kitab sənayesi sektorunun subyektləri arasında əməkdaşlıq platformaları təşkil olunacaq.
Sərgi çərçivəsində “Ən çox oxunan müəllif – 2026” nominasiyası üzrə “Öz yazarını seç” adlı onlayn səsvermə keçirilir. Oxucular nəşriyyatların, kitab mağazalarının və kitabxanaların təqdim etdiyi təkliflər əsasında 50 müəllif arasından seçim edərək sevimli yazıçılarına dəstək ola bilərlər.
Sərgi zamanı paytaxt sakinlərinin və qonaqların metronun “Koroğlu” stansiyasından Bakı Ekspo Mərkəzinə xüsusi avtobuslarla (20 dəqiqə intervalla) rahat gediş-gəlişi təmin ediləcək.
Sərginin iş vaxtı hər gün saat 10:00-dan 20:00-dəkdir. Bütün ziyarətçilərin sərgi məkanına girişi ödənişsizdir.
Mətbuat konfransının sonunda media nümayəndələrinin sualları cavablandırılıb.
-
İdman06:46Fransa millisinin yarımmüdafiəçisi zədələndi
-
Magazin206:16Halit, Kılıç, Ersoy Ulubey bir arada - “Kurtlar Vadisi” geri döner
-
Avropa04:14Paşinyan Parisdən Antalyaya gedəcək
-
Yaxın Şərq02:12Əbu-Dabi görüşünü növbəti raundu ilə bağlı qərar verildi
-
Avropa00:45Rusiyaya casusluq edən ABŞ əsgəri bu ölkədə yaxalandı - İttiham
-
Qoroskop00:00Günün ULDUZ FALI - Gözlənilməz xoş xəbərlər ala bilərsiniz
-
Magazin110 Noyabr 23:12Biotin qəbul edənlərə çağırış - VİDEO
-
Sağlamlıq10 Noyabr 21:48Acı qəhvənin sirri: Beyin və bağırsaq arasındakı gizli əlaqə deşifrə edildi


















.png)


















