Sosial
Uşaq meydançasında təhlükəli çökmə oldu - VİDEO
Sumqayıt şəhərinin 17-ci mikrorayon ərazisində uşaq meydançasında təhlükəli çökmə baş verib. Bu səbəbdən sakinlər narahatdır.
Publika.az Xəzər Tv-yə istinadən xəbər verir ki, sakinlər ərazidən gün ərzində çoxsaylı uşaqlar və yaşlı insanlar istifadə ediklərini bildiriblər.
Oyun meydançasında yaranmış çökmə isə hər an bədbəxt hadisəyə səbəb ola bilər.
Sakinlərin sözlərinə görə, bir müddət əvvəl əraziyə aidiyyəti qurumlar baxış keçiriblər. Amma mövcud təhlükə hələ də aradan qaldırılmayıb.
Məsələ ilə bağlı Sumqayıt Su Kanal İdarəsindən bildirilib ki, əraziyə baxış keçirilib. Kanalizasiya lyükünün özündə hazırda hər hansı problem yoxdur. Sadəcə, lyükün ətrafında çökmə qeydə alınıb və bununla bağlı aidiyyəti üzrə müraciət ünvanlanıb. Həmin ərazi müəyyən vaxt çərçivəsində abadlaşdırılacaq və çökmənin baş verdiyi hissəyə asfalt örtüyü çəkiləcək.
-
İdman06:46Fransa millisinin yarımmüdafiəçisi zədələndi
-
Magazin206:16Halit, Kılıç, Ersoy Ulubey bir arada - “Kurtlar Vadisi” geri döner
-
Avropa04:14Paşinyan Parisdən Antalyaya gedəcək
-
Yaxın Şərq02:12Əbu-Dabi görüşünü növbəti raundu ilə bağlı qərar verildi
-
Avropa00:45Rusiyaya casusluq edən ABŞ əsgəri bu ölkədə yaxalandı - İttiham
-
Qoroskop00:00Günün ULDUZ FALI - Gözlənilməz xoş xəbərlər ala bilərsiniz
-
Magazin110 Noyabr 23:12Biotin qəbul edənlərə çağırış - VİDEO
-
Sağlamlıq10 Noyabr 21:48Acı qəhvənin sirri: Beyin və bağırsaq arasındakı gizli əlaqə deşifrə edildi


















.png)


















