Sosial
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı - 140 MİN MANAT
Azərbaycanın ikinci əl və yeni avtomobil bazarında ən çox tələbat görən SUV modellərindən olan "Toyota Land Cruiser Prado"nun qiymətlərində hiss olunacaq dərəcədə artım müşahidə edilir. Elan saytlarında yerləşdirilən son təkliflər göstərir ki, həm köhnə il buraxılışlı, həm də sıfır yürüşlü yeni nəsil modellərin qiyməti yüksək həddə çatıb.
Publika.az “Yeni Sabah”a istinadən xəbər verir ki, 2010-2014-cü illərin buraxılışı olan 2.7 litrlik mühərrikli "Toyota Prado" modellərinin qiyməti 34 000 – 48 500 AZN aralığında dəyişir. Nisbətən yeni – 2018-2021-ci il model "Prado"lar üçün satıcılar artıq 70 500 – 85 000 AZN intervalında məbləğ tələb edirlər.
Siyahıda diqqət çəkən en böyük qiymət artımı isə 2026-cı il istehsalı olan tam yeni "Toyota Land Cruiser Prado" modellərində qeydə alınıb. Lənkəranda yerləşən avtosalonlarda sıfır yürüşlü 2.4 litrlik benzin mühərrikli yeni "Prado"lar 144 330 AZN-ə, 2.8 litrlik dizel mühərrikli versiyalar isə 132 430 AZN-ə təklif olunur.
"Toyota Prado"nun yerli bazarda digər SUV modellərindən daha çox tələb görməsinin və qiymətini uzun illər qoruyub saxlamasının bir neçə əsas səbəbi var. Birincisi, modelin Asiya və Qafqaz iqliminə, eləcə də çətin yol şəraitinə davamlı ramlı (frame) kuzov quruluşudur. İkincisi, ehtiyat hissələrinin ölkənin istənilən bölgəsində rahat tapılması və usta xidmətinin əlçatanlığıdır. Eyni zamanda, "Prado" yerli sürücülər tərəfindən "likvid avtomobil" hesab olunur, yəni ikinci əl bazarında dəyərini minimum itirərək çox tez bir zamanda nağd pula çevrilə bilir.
Avtomobil ekspertləri bildirirlər ki, məhz bu texniki dözümlülük, yüksək likvidlik və brendə olan illərlə formalaşmış etibar "Toyota Prado"ya olan tələbatı hər zaman pik həddə saxlayır, bu da öz növbəsində bazar qiymətlərinin daxili dinamikada kəskin artmasına birbaşa təsir göstərir.
-
İdman06:46Fransa millisinin yarımmüdafiəçisi zədələndi
-
Magazin206:16Halit, Kılıç, Ersoy Ulubey bir arada - “Kurtlar Vadisi” geri döner
-
Avropa04:14Paşinyan Parisdən Antalyaya gedəcək
-
Yaxın Şərq02:12Əbu-Dabi görüşünü növbəti raundu ilə bağlı qərar verildi
-
Avropa00:45Rusiyaya casusluq edən ABŞ əsgəri bu ölkədə yaxalandı - İttiham
-
Qoroskop00:00Günün ULDUZ FALI - Gözlənilməz xoş xəbərlər ala bilərsiniz
-
Magazin110 Noyabr 23:12Biotin qəbul edənlərə çağırış - VİDEO
-
Sağlamlıq10 Noyabr 21:48Acı qəhvənin sirri: Beyin və bağırsaq arasındakı gizli əlaqə deşifrə edildi


















.png)


















