Sosial
Şirvan kanalından Hacıqabul gölünə su axıdılacaq
Şirvan kanalından Hacıqabul gölünə su axıdılacaq.
Publika.az xəbər verir ki, bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) rəsmisi Akif Quliyev bildirib.
O qeyd edib ki, kanal üzrə 33-34 kilometrlik hissədə torpaq qazma və torpaq yayma işləri həyata keçirilib, 113 kilometrlik hissədə isə betonlama işləri aparılıb:
"Şirvan suvarma kanalının layihə üzrə nəzərdə tutulan tikintilərdən davamı olaraq Şirvan suvarma kanalının yekun hissəsində Hacıqabul rayonunun ərazisində ekoloji tarazlığın təmin olunması üçün Hacıqabul gölünə də 5 kubmetr saniyədə suyun verilməsi və həmin ərazidə ekoloji tarazlığın bərpası nəzərdə tutulur. Bu kimi layihələr Prezident İlham Əliyevin müvafiq sərəncamına uyğun olaraq davam etdirilir".
Onun sözlərinə görə, Mingəçevir su anbarından su götürən hissədə olan Qarabağ suvarma kanalının da layihə sənədləri hazırlanıb:
"Artıq onların da o kanalda növbəti ildə tikintisinə başlanılması hədəf kimi gözlənilir. Qarabağ kanalının faktiki su buraxma qabiliyyəti 113 kubmetr saniyədən 135 kubmetr saniyədək artırılması, suvarılan hektarın isə mövcud 115 min hektardan 166 min hektaradək artırılması nəzərdə tutulur. Həmişə ölkənin birinci suvarma kanalının Qarabağ kanalı olduğu deyilirdi. Artıq Şirvan suvarma kanalı ölkənin bütün parametr göstəricilərinə görə birinci suvarma kanalı kimi tarixə düşəcək".
-
Nida Xəbər 15:05Ramiz Mehdiyev AMEA-dan çıxarıldı
-
Avropa14:23İspaniyada dəhşətli qatar qəzası: Ən azı 46 nəfər ölüb - VİDEO
-
Sosial13:44Bu yolun bir hissəsində hərəkət məhdudlaşdırıldı
-
Qoroskop12:20Noyabrda bu 4 bürcün bəxti açılacaq: Bolluq və şans onları gözləyir
-
Rəsmi xronika10:28İlham Əliyev onlara müraciət ünvanladı
-
Avropa10:18Ya ac qalmalısan, ya da donmalısan: 50 milyon insan hansını seçəcək?
-
Dünya09:30ABŞ-dan Körfəz ölkələrinə xəbərdarlıq: İranla ağır müharibə yenidən başlayacaq, hazırlaşın
-
Səhiyyə09:00Diş minasını ən çox bu içkilər zədələyir - Stomatoloq açıqladı










.jpg)





.jpg)






.jpg)














