Sosial
Küləkli havada işləyənlərə dair yeni qaydalar təsdiqləndi
Azərbaycanda küləkli hava şəraitində işçilərin çalışması yeni qaydalarla tənzimlənəcək.
Publika.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı "Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında" qanunu imzalayıb.
Sənədə əsasən, işçilər küləkli havada açıq şəraitli iş yerlərində (o cümlədən həmin iş yerləri üzrə qurğularda) işləyərkən onlara müəyyən olunmuş qaydada fasilələr veriləcək və iş dayandırılacaq.
Həmçinin küləyin gücü 6 baldan 8 baladək olduqda quruda istismar olunan kranlarla işlərin görülməsinə həmin kranların texniki pasportlarında nəzərdə tutulmuş hallarda yol veriləcək. Küləyin gücü 8 baldan artıq olduqda qeyd edilən kranlarla görülən bütün növ işlər hər bir halda dayandırılacaq.
-
Rəsmi xronika12:13Prezident bu qərarı təsdiqlədi
-
Sosial11:3725 iş günü, 11 min dollar maaş - Azərbaycanda iş elanı
-
Nida Xəbər 10:40Hökumət üzvləri parlamentdədir
-
İdman10:30Güzgü qarşısında: Dünyanın ən seksual voleybolçusu pərəstişkarlarını bu FOTOLARLA heyrətləndirdi
-
Nida Xəbər 10:18Azərbaycanın QHT nümayəndələri yenə də Ermənistana gedirlər
-
Cinayət dünyası09:36“Bossların bossu” öldü
-
Sosial09:33Əməkdar jurnalist vəfat etdi - FOTO
-
Dünya08:12Tailandda dəhşətli yanğın: 11 nəfər öldü, 40-a yaxın xəsarət alan var




































