Aİ-dən Rusiyaya qarşı yeni sanksiya dalğası - Banklar və media nümayəndələri də siyahıda
Bizi izləyin

Avropa

Aİ-dən Rusiyaya qarşı yeni sanksiya dalğası - Banklar və media nümayəndələri də siyahıda

Aİ-dən Rusiyaya qarşı yeni sanksiya dalğası - Banklar və media nümayəndələri də siyahıda

Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı sanksiyaları genişləndirməyə hazırlaşır. Yeni məhdudiyyətlər çərçivəsində 137 fiziki şəxs və təşkilatın sanksiya siyahısına daxil edilməsi nəzərdə tutulur.

Publika.az xəbər verir ki, bu barədə Aİ-nin daxili sənədlərinə istinadən “EUobserver” portalı məlumat yayıb.

Bildirilib ki, siyahıda onlarla Rusiya bankı və media nümayəndələri də yer alır. Onlara qarşı aktivlərin dondurulması və Aİ ərazisinə giriş qadağasının tətbiqi gözlənilir.

Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas qeyd edib ki, noyabrın 16-da üzv ölkələrin xarici işlər nazirləri Rusiyaya qarşı yenilənmiş sanksiyaları təsdiqləyəcəklər. Məhdudiyyətlər bankları, Rusiya neftinin alıcılarını və “kölgə donanması”nın fəaliyyətini təmin edən şirkətləri əhatə edəcək.

Sanksiya siyahısının tam tərkibi hələ rəsmən açıqlanmayıb və təsdiqədək dəyişdirilə bilər. Bundan əvvəl Aİ diplomatik korpusu 145 şəxs və təşkilatı, o cümlədən 50 Rusiya bankını əhatə edən ilkin siyahını razılaşdırıb. Rusiyaya qarşı 22-ci sanksiya paketinin noyabrın sonunadək qəbul edilməsi gözlənilir.

Qeyd edək ki, noyabrın 13-də Avropanın IRINI (sülh)əməliyyatının iştirakçıları Aralıq dənizində "MV MIDAG" tankerini yoxlayaraq onun saxta bayraq altında hərəkət etdiyini bildiriblər. Kaya Kallas Aİ-nin Rusiyanın “kölgə donanması”na qarşı dənizdə və diplomatik müstəvidə mübarizəni davam etdirəcəyini vurğulayıb.

Müəllif: Adəm

Oxumağa davam et
Reklam
Reklam

Gündəm