Netanyahu olmadan hökumət danışıqları başladı: İlk görüşdə nəticə olmadı
Bizi izləyin

Dünya

Netanyahu olmadan hökumət danışıqları başladı: İlk görüşdə nəticə olmadı

Netanyahu olmadan hökumət danışıqları başladı: İlk görüşdə nəticə olmadı

İsraildə hökuməti qurmaq mandatı verilən Qadi Eisenkotun rəhbərlik etdiyi “Yaşar” partiyası ilə Baş nazir Benyamin Netanyahunun “Likud” partiyası arasında mümkün “birlik hökuməti”nin yaradılması ilə bağlı danışıqlara başlanılıb.

Publika.az xəbər verir ki, “Yedioth Ahronoth” qəzetinin məlumatına görə, görüş təxminən 1 saat 15 dəqiqə davam edib.

Danışıqlarda müxalifət blokunda təmsil olunan keçmiş Baş nazir Naftali Bennettin nümayəndələri də iştirak ediblər. Lakin görüşdə tərəflər arasında hər hansı irəliləyiş əldə olunmayıb.

Qeyd edək ki, danışıqlarda Eisenkot, Netanyahu və Bennett şəxsən iştirak etməyib. Tərəflərin birgə açıqlamasında görüşün başa çatdığı və dialoqun davam etdirilməsi barədə razılıq əldə olunduğu bildirilib.

Xatırladaq ki, oktyabrın 27-də keçirilən seçkilərdə Netanyahunun bloku Knessetdəki 120 yerdən 53-nü, yəhudi müxalifət partiyaları 48-ni, ərəb partiyaları isə 19-nu qazanıb. Noyabrın 8-də İsrail prezidenti İsaak Hersoq hökuməti qurmaq mandatını Qadi Eisenkota verib. Ona koalisiya hökuməti yaratmaq üçün 28 gün vaxt ayrılıb.

Müəllif: Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm