Sosial
Yol polisi səhhəti pisləşən əcnəbi sürücünün köməyinə çatdı - VİDEO
Bakı-Qazax avtomagistralı üzərində yerləşən stasionar postda xidmət aparan YPX Alayının əməkdaşları posta yaxınlaşan yük avtomobilinin asta sürətlə və ziqzaqvarı hərəkətini müşahidə edib. Avtomobil nəzarətə götürülərək saxlanılıb.
Publika.az xəbər verir ki, sükan arxasında olan əcnəbi sürücü ilkin ifadəsində səhhəti kəskin pisləşdiyi üçün yıxıldığını və halsızlıqdan avtomobili idarə etmək iqtidarında olmadığını bildirib.
Dərhal sürücüyə ilkin tibbi yardım göstərilib və əraziyə təcili tibbi yardım briqadası çağırılıb.
Səhhəti normallaşan sürücü düşdüyü çətin vəziyyətdə köməyinə çatan polis əməkdaşlarına səmimi təşəkkürünü bildirib.
Baş Dövlət Yol Polisi İdarəsi şəfqətli davranışın polisin başlıca vəzifə borcu olduğunu qeyd etməklə yanaşı, son vaxtlar oxşar hadisələrin sayının artmasını nəzərə alaraq, bir daha səhhətində ciddi problemlər olan sürücülərdən sükan arxasına əyləşməməyi, özlərinin və digər hərəkət iştirakçılarının həyatını təhlükəyə atmamağı xahiş edir.
-
Avropa12:04Bu ölkənin prezidenti Saakaşvili haqda ədəbsiz ifadə işlədib - Lavrov adını açıqladı
-
Nida Xəbər 11:22Qəbul olunmuş 180-dən çox qərar ləğv olundu - Naxçıvanda nə baş verir?
-
Magazin110:34Pərviz Bülbülənin başına səhnədə iş gəldi - VİDEO
-
Köşə09:40Dövlət Azərbaycan futboluna maliyyəni kəssə, nələr olar?
-
Dünya09:34Monqolustan prezidenti istefa verir - Ölkədə hakimiyyət dəyişikliyi gözlənilir
-
Maraq dünyası09:12Bu bürclərə şad xəbər
-
Ekologiya08:45Azərbaycana sərt qış gəlir: Bu bölgələrdə güclü qar gözlənilir - SİYAHI
-
Dünya07:35Onlarla ölkəni narahat edən nüvə təhlükəsi - Bu qış nələr baş verə bilər?








.jpg)





.jpg)





















.jpg)