MDB
Rusiyada terrorun qarşısı alındı: 4 nəfər saxlanıldı, 2-si öldürüldü
Rusiyada Ukrayna xüsusi xidmət orqanlarının hazırladığı genişmiqyaslı terror aktlarının qarşısı alınıb. Əməliyyat nəticəsində dörd nəfər saxlanılıb, silahlı müqavimət göstərən daha iki nəfər isə öldürülüb.
Publika.az xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) məlumat yayıb.
Bildirilib ki, 2026-cı ilin əvvəlindən həyata keçirilən əməliyyat Maykop, Tixoretsk, Kizlyar və Rostov-na-Donu şəhərlərini əhatə edib.
FTX-nin məlumatına görə, saxlanılan şəxslər Ukrayna xüsusi xidmət orqanlarının tapşırığı ilə diversiya-terror aktları hazırlayıblar. Əməliyyat zamanı istifadəyə hazır döyüş pilotsuz katerləri və zərbə FPV-dronları aşkarlanaraq zərərsizləşdirilib.
Qeyd olunub ki, Ukrayna Təhlükəsizlik Xidməti və Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi Rusiyada terror aktları törətmək üçün cəlb etdikləri şəxslərə 700 kiloqramdan çox partlayıcı maddə, azı 40 zərbə kvadrokopteri, altı hidrosikl, eləcə də müxtəlif ehtiyat hissələri və xüsusi avadanlıqlar göndərib.
İddialara görə, hidrosikllər partlayıcılarla təchiz edilərək pilotsuz katerlərə çevrilməli, Xəzər dənizində Rusiya Hərbi Dəniz Qüvvələrinin gəmilərinə və mülki nəqliyyat vasitələrinə hücum edilməli idi. Adıgey və Krasnodar ərazilərindən isə FPV-dronlarla hərbi aerodromların və strateji əhəmiyyətli obyektlərin hədəfə alınması planlaşdırılırdı.
FTX bildirib ki, 2026-cı ilin noyabrında əməliyyatın son mərhələsinə keçən qrup üzvləri dron və hidrosiklləri döyüş vəziyyətinə gətirərək hücumlara hazırlaşsalar da, onların planları vaxtında ifşa edilib. Hadisə zamanı təhlükəsizlik əməkdaşları və mülki əhali arasında xəsarət alan olmayıb.
Müəllif: Adəm
-
Avropa12:04Bu ölkənin prezidenti Saakaşvili haqda ədəbsiz ifadə işlədib - Lavrov adını açıqladı
-
Nida Xəbər 11:22Qəbul olunmuş 180-dən çox qərar ləğv olundu - Naxçıvanda nə baş verir?
-
Magazin110:34Pərviz Bülbülənin başına səhnədə iş gəldi - VİDEO
-
Köşə09:40Dövlət Azərbaycan futboluna maliyyəni kəssə, nələr olar?
-
Dünya09:34Monqolustan prezidenti istefa verir - Ölkədə hakimiyyət dəyişikliyi gözlənilir
-
Maraq dünyası09:12Bu bürclərə şad xəbər
-
Ekologiya08:45Azərbaycana sərt qış gəlir: Bu bölgələrdə güclü qar gözlənilir - SİYAHI
-
Dünya07:35Onlarla ölkəni narahat edən nüvə təhlükəsi - Bu qış nələr baş verə bilər?










.jpg)



.jpg)
.jpg)























.jpg)