Onlarla ölkəni narahat edən nüvə təhlükəsi - Bu qış nələr baş verə bilər?
Bizi izləyin

Dünya

Onlarla ölkəni narahat edən nüvə təhlükəsi - Bu qış nələr baş verə bilər?

Onlarla ölkəni narahat edən nüvə təhlükəsi - Bu qış nələr baş verə bilər?

38 ölkənin nüvə təhlükəsizliyi üzrə qurumlarının nümayəndələri Ukraynada bu qış nüvə qəzası riskinin artdığı barədə xəbərdarlıq ediblər.

Publika.az xəbər verir ki, “Reuters” agentliyinin məlumatına görə, onlar Rusiyanı Ukraynanın enerji infrastrukturuna hücumları dayandırmağa çağırıblar.

Bəyanatda bildirilib ki, elektrik enerjisinin sabit təchizatında yaranacaq problemlər atom elektrik stansiyalarında nüvə yanacağının soyudulmasını çətinləşdirə, reaktorların aktiv zonasının əriməsi və radioaktiv maddələrin ətrafa yayılması ilə nəticələnə bilər.

Nüvə təhlükəsizliyi qurumlarının nümayəndəsi Per Strand ən pis ssenarinin Ukraynanın enerji sistemində baş verəcək genişmiqyaslı qəza nəticəsində ölkənin işlək vəziyyətdə olan doqquz reaktorunun eyni vaxtda elektrik enerjisiz qalması olduğunu bildirib.

Digər tərəfdən, Beynəlxalq Atom Enerjisi Agentliyinin məlumatına görə, Zaporojye AES müharibə başlayandan bəri 27 dəfə xarici elektrik təchizatını itirib. Hazırda stansiyanın soyutma sistemləri Ukraynanın nəzarətindəki ərazidən verilən elektrik enerjisi hesabına işləyir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm