Ağdamda yaradıcı master-klas təşkil olundu - FOTO
Bizi izləyin

Sosial

Ağdamda yaradıcı master-klas təşkil olundu - FOTO

Ağdamda yaradıcı master-klas təşkil olundu - FOTO

Ağdam Şəhəri Günü münasibətilə Ağdam Muğam Mərkəzinin dəhlizində təsviri sənət üzrə master-klas keçirilib.

Publika.az xəbər verir ki, Ağdam şəhər məktəbliləri Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti nəzdində Humanitar Kollecin müəllimi Ziyafət Aslanlı və peşəkar rəssam Zöhrab Dadaşovun verdiyi istiqamətlə rəsm bacarıqlarını nümayiş etdiriblər.

Uşaqlar əsasən Ağdamın təbii gözəlliklərini, tarixi-mədəni irsini və müasir inkişafını təsvir ediblər.

Ustad dərsinin sonunda Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov və mədəniyyət nazirinin müavini Murad Hüseynov uşaqların əl işləri ilə tanış olublar. Uşaqlar çəkdikləri rəsm barədə məlumat veriblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm