Sosial
Ağdamda ilk dəfə Şəhər Günü qeyd olunur
Şanlı Zəfərlə başa çatan 44 günlük Vətən müharibəsi nəticəsi olaraq 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanata əsasən, Ağdam rayonu noyabrın 20-də Azərbaycana qaytarılıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2023-cü il 31 iyul tarixli Sərəncamına əsasən, Ağdam şəhərinin işğaldan azad edildiyi gün – noyabrın 20-si Ağdam Şəhəri Günü elan olunub.
Bu barədə Publika.az-a Mədəniyyət Nazirliyindən bildirilib.
Noyabrın 20-də Ağdam şəhərində ilk dəfə Şəhər Günü münasibətilə silsilə tədbirlər keçirilir. Yenidən qurulan və sakinlərinin mərhələli şəkildə qayıdışının təmin olunduğu Ağdam şəhərində əsl bayram ab-havası yaşanır.
Mədəniyyət Nazirliyi və Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin təşkilatçılığı ilə keçirilən tədbirlər çərçivəsində "İmarət" Tarix-Memarlıq Muzey Kompleksində Qarabağ atlarının şousu təqdim edilib.
Tədbirdə hərbi orkestrin ifasında Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasından musiqi nömrələri səsləndirilib, rəqs ansamblının çıxışları nümayiş olunub. Həmçinin süvarilər dəstəsinin Qarabağ atları üzərində göstərdiyi nümunəvi çıxışlar tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.
-
Nida Xəbər 15:28Mehriban Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşdü - FOTOLAR
-
Sosial14:54Sabiq deputatın əmlakları milyonlarla manata satışa çıxarılır
-
İdman14:06Cazibədar basketbolçu soyundu: Ceyms Bondun sevgilisi olmaq istəyir - FOTO
-
Rəsmi xronika13:52Əliyev Vyetnamın Milli Assambleyasının sədri ilə görüşdü - YENİLƏNDİ
-
Rəsmi xronika12:36Vyetnamın Azərbaycanda səfirliyi açılacaq
-
Nida Xəbər 11:21Media müsabiqələrində YENİLİK
-
Elm və təhsil10:40Rektor təyin olunan Məleykə Abbaszadədən ilk açıqlama: “Böyük vədlərlə başlamaq istəməzdim”
-
Yaxın Şərq10:28NATO Türkiyənin təhlükəsizliyini təmin edə bilmədi - Fidandan vacib açıqlama











.jpg)





.jpg)




.png)
















.png)

