Cənubi Qafqaz
İrəvan “Qazprom-Ermənistan”ın inhisarçılığını sındırmağı təklif etdi
“Əgər təbii qazın qiyməti hətta sərhəddə dəyişməsə, qaz və elektrik enerjisinin mövcud tariflərinin əsaslandırılması üzrə parlamentin istintaq komissiyasının öz təsəvvürləri var”.
Publika.az Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu haqda mətbuat konfransında komissiyasının başçısı Mikayel Melkumyan bildirib.
O qazın tarifinin mümkün azaldılması haqqında danışmaq istəməyib və bunu hazırda Ermənistan və Rusiya hökumətləri arasında danışıqların aparılması ilə izah edib.
Son razılaşmaların müddəti bu ilin sonunda başa çatır. Hazırda hökumətlər danışıqlar aparır və ümid var ki, sərhəddə qazın qiymətinin azaldılması haqqında razılaşmanı əldə etmək mümkün olacaq. Mikayel Melkumyan bildirib ki, populist bəyanatlarla çıxış etmək istəmir. Onun sözlərinə görə, konkret rəqəmlər haqqında yalnız danışıqlar bitdikdən sonra danışmaq mümkün olacaq.
Xatırladaq ki, Paşinyan hakimiyyətə gələndə sonra Rusiya qazının tariflərinin azaldılmasını əsas hədəflərindən biri elan edib. O, sentyabrın 8-də Vladimir Putinlə görüşündən sonra bildirdi ki, görüşdə Rusiya qazının qiymətləndirmə məsələləri üzərində işləməyə razılaşıblar.
“Faktiki olaraq, Ermənistan Rusiyadan qazı kifayət qədər aşağı qiymətlər alır. Amma problem ondadır ki, istehlakçılar bu qazı ikiqat qiymətlə alırlar. Bu haqda prezident Putinlə danışdıq ki, ikiqat qiymətin necə yaradıldığını anlamaq lazımdır. Baxmaq və anlamaq lazımdır ki, qiymətləndirmə prosesi necə gedir. Bu mexanizmi daha effektiv etmək lazımdır ki, şərtlər daha əlverişli olsun. Biz cənab Putinlə razılaşdıq ki, bu məsələnin üzərində birgə işləyək”, - Paşinyan deyib.
O izah edib ki, “Qazprom Ermənistan” qazı “Qazprom”un filialı olaraq əldə edir və ölkə daxilində tarifləri müəyyənləşdirir.
Daha əvvəl Paşinyan qeyd edib ki, Rusiya Ermənistana aşağı qiymətlərlə qaz satır, amma istehlakçı bunu hiss etmir. Putin erməni baş nazirlə görüşdən əvvəl jurnalistlərə xatırladıb ki, “Qazprom” Ermənistana dünyada ən aşağı qiymətlə - min kubmetri 150 dollara qaz çatdırır.
Oktyabrın əvvəlində isə Nikol Paşinyan yeni təyin etdiyi energetika naziri Qareqin Baqramyana Rusiya ilə təbii qazın yeni qiymətinə dair təkliflər paketinin təhlilini başa çatdırmağı tapşırıb.
Q.Baqramyan isə bildirib ki, Rusiyadan təbii qazın min kubmetrini 150 dollara almaq rəsmi Yerevana sərf etmir: “Ən sərfəli qiymət təbii qazın min kub metrini 140 dollara tədarük etməkdir. Bundan başqa, istehlakçılar üçün də tariflərə yenidən baxmaq lazımdır”.
Ömər Dağlı
-
Qoroskop01:40Günün ulduz falı: yarımçıq qalan işlərinizi tamamlayın!
-
Region22 İyun 21:51Qara dənizdə yük gəmisinə hücum: Türkiyə vətəndaşları yaralandı
-
Nida Xəbər 22 İyun 19:20Avropa Şurasının Bakı ofisinin rəhbəri XİN-ə çağırıldı
-
Ekologiya22 İyun 18:30Üç gün yağış yağacaq
-
Sosial22 İyun 17:37Şəhid ailəsinə yararsız ət göndərən vəzifəliyə töhmət verildi
-
Rəsmi xronika22 İyun 16:42Prezidentlər mətbuata bəyanatlarla çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika22 İyun 15:31İlham Əliyev sərəncam imzaladı
-
İdman22 İyun 14:18DÇ-2026-dakı qardaşlar: Düz yeddi cütdürlər - FOTOLAR







































