Sentyabr və oktyabr niyə işçilər üçün ən çətin aylardır?
Bizi izləyin

Sosial

Sentyabr və oktyabr niyə işçilər üçün ən çətin aylardır?

Sentyabr və oktyabr niyə işçilər üçün ən çətin aylardır?

Sentyabr və oktyabr işçilər üçün “tələ aylar” hesab olunur.

Publika.az “Gazeta.Ru”ya istinadən xəbər verir ki, bunu kadr analitikası üzrə ekspert Karina Ostronosova bildirib.

Onun sözlərinə görə, məzuniyyətdən qayıdış, yeni layihələrin başlaması və yüksək hədəflərin müəyyənləşdirilməsi bu aylarda iş yükünün qeyri-bərabər bölüşdürülməsinə səbəb olur. Payız aylarında xəstəlik səbəbilə işə çıxmayanların sayı da artır və illik xəstəlik vərəqələrinin 34 faizi bu dövrə düşür.

Ekspert digər aylarla bağlı da maraqlı məqamlar açıqlayıb. Yanvar uzunmüddətli Yeni il tətilindən sonra iş ritminə qayıtmaq baxımından ən çətin aylardan biridir. Mart ilin ən gərgin ayı, may isə ən aşağı məhsuldarlığın müşahidə olunduğu dövr kimi qiymətləndirilir. Yay aylarında isə məzuniyyətlər səbəbindən iş yükü komandada qalan əməkdaşların üzərinə düşür və iyun ayında tükənmə riski artır.

Ostronosova iş yükünün mövsümi xüsusiyyətlər nəzərə alınmaqla planlaşdırılmasını və xüsusilə mart, sentyabr və oktyabr aylarında əməkdaşlar arasında yük balansının qorunmasını tövsiyə edib.

Ləman

Oxumağa davam et
Reklam
Reklam

Gündəm