Cənubi Qafqaz
Ermənistanda Qarabağ toqquşmaları başladı
Ermənistanın daxili siyasi mübarizəsində Dağlıq Qarabağ
faktorundan gözlənildiyi kimi daha da aktiv şəkildə istifadə
olunur.
Publika.az xəbər verir ki, Nikol Paşinyan Qarabağdakı
separatçı rejimin “rəhbərliyini” dəyişdirmək istəyir. Lakin hələ ki
buna nail ola bilməyib. Ermənistan daxilində separatçıları
dəstəkləyən qüvvələr də aktivləşib.
“Daşnaksütyun” partiyasının qurultayını Azərbaycanın işğal edilmiş
ərazilərində keçirməsi də xüsusi diqqət çəkir.
Erməni şərhçi Sarqis Artsruni yazır ki, daşnaklar bununla
Ermənistandakı inqilabın onlara yad olduğunu və Qarabağdakı
“hakimiyyətə” dəstəyini nümayiş etdirdi.
“Hazırda Nikol Paşinyanın Qarabağ məsələsində güzəştlər etməyə
hazırlaşdığı haqqında danışılır. Bu, dəqiq məlumat deyil, lakin bu
məsələ daha çox daxili siyasi mübarizədə istifadə olunur. Daşnaklar
da qurultayı Qarabağda keçirməklə orada hakimiyyətə açıq dəstək
verdiklərini göstərdilər. Parlament seçkiləri vaxtı Qarabağ
amilindən Respublika Partiyası fəal şəkildə istifadə edirdi, indi
estafeti daşnaklar ələ alıblar. Burada təhlükəli məsələ Qarabağ
faktorunun monopoliyaya alınmasıdır”, - deyə o bildirib.
“Sasna srer” partiyasının rəhbəri Jirayr Sefilyan isə Qarabağda
“hakimiyyət” dəyişikliyinin vaxtının çatması haqqında çağırış edib.
O, “Özbaşınalığa son qoymağın vaxtı çatdı, Qarabağda dəyişikliklər
olmalıdır, biz ümid edirik ki, İrəvan hakimiyyəti bu məsələdə bizi
dəstəkləyəcək” deyə bildirib.
S.Artsruni qeyd edib ki, bu təhlükəli nəticələrə gətirib çıxara
bilər.
Asif
-
Magazin213:40Rusiyanın məşhur reperi evində güllə yarasından öldü
-
Ekologiya12:35Sabahın hava proqnozu açıqlandı
-
Maraq dünyası12:198-ci mərtəbədən yıxılan 5 yaşlı qız sağ qaldı - Möcüzə?
-
Magazin212:10Güven Kıraç 4 ildir münasibətdə olduğu Mervenur ilə ailə qurdu
-
Hadisə11:35Naxçıvanda ağır qəza olub: 6 nəfər xəsarət aldı - FOTO
-
Nida Xəbər 11:27Bakıda Kanaki–Yeni Kaledoniya və Fransız Polineziyası komandalarına dəstək aksiyası
-
Sağlamlıq08:36Səhərlər acqarına limonlu su içənlərə xəbərdarlıq edildi
-
Magazin207:30Ermənistan Avroviziya Uşaq Mahnı Müsabiqəsinin qalibi oldu - VİDEO





































