Cənubi Qafqaz
Azərbaycan ordusu ilə müharibədə… - Ermənistandan ŞOK İDDİA
Ermənistan parlamentinin müdafiə və təhlükəsizlik üzrə komissiyasının yeni rəhbərliyi çətin ki, müvafiq sahədə işlərin durumunu dəyişdirə bilsin.
Publika.az Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu haqda erməni hərbi eksperti Van Ambartsumyan bildirib.
O qeyd edib ki, bu komissiya həmişə olub, ancaq onların gördüyü faydalı işə rast gəlinməyib. Ekspert bildirib ki, komissiyanın yeni sədri Andranik Koçaryanla yaxın vaxtlarda görüşmək və ona vəziyyətlə bağlı öz fikirlərini çatdırmaq, o cümlədən orduda hərbi texnikanın müasirləşdirilməsi üzrə təkliflər vermək niyyətindədir.
Ambartsumyan vurğulayıb ki, onun fikrincə, Ermənistan ordusunda qəribə hadisələr baş verir. Onun sözlərinə görə, Qarabağ müharibəsində iştirak edən böyük praktik təcrübəyə malik kadr zabitlər ordudan uzaqlaşdırılırlar.
“Eyni zamanda, yüksək ixtisaslı kadrları Müdafiə Nazirliyində işdən çıxarırlar. Onların döyüş təcrübəsi qiymətsizdir. Onlar erməni ordusunun formalaşmasında ölçüyəgəlməz töhfə veriblər, Azərbaycan Silahlı Qüvvələri ilə müharibənin real təcrübəsinə malikdirlər. İndi bu kadrlar müvafiq təcrübəyə və biliyə malik olmayan insanlarla əvəz edirlər”, - ekspert söyləyib.
Hərbi ekspert əlavə edib ki, Ermənistanın Baş naziri Nikol Paşinyanın 5 il müddətə ordunun ehtiyaclarını ödəmək üçün əlavə 2,5 milyard dollar ayıracağı ilə bağlı vədinə inanmır. Onun sözlərinə görə, ölkənin bu həcmdə maliyyə vəsaiti yoxdur. Ekspert hazırkı büdcənin azaldılacağını istisna etməyib.
Ömər
-
Nəqliyyat12:54Sabahdan Bakı metrosunda intervallar azaldılır
-
Sosial11:42Azərbaycanda bu şəxslərin İŞ SAATI DƏYİŞİR
-
Rəsmi xronika10:52İlham Əliyev Bakıda açılışda iştirak etdi - FOTO
-
Dünya09:48Alimlərdən şok proqnoz: Qiyamət günü ilə bağlı yeni tarix açıqlandı
-
İnanc09:30Butulka basdırır, rozmarin əkirdilər - İnsanlar evlərini cadudan necə qoruyurdu?
-
Sosial09:00Sentyabr və oktyabr niyə işçilər üçün ən çətin aylardır?
-
Hadisə08:41Bakı metrosunda problem: Stansiyalarda izdiham yarandı - VİDEO
-
Kriminal07:35Narkobaronların qazanc mənbəyi dəyişdi - İldə 21 milyard dollarlıq “yeni alver”





























.webp)







