Cənubi Qafqaz
Sarkisyanın adamı Qarabağla bağlı sənədi İFŞA ETDİ: Yaxın vaxtlarda...
Ermənistanın Respublika Partiyasının (rəhbəri keçmiş prezident və baş nazir Serj Sarkisyandır –red.) mətbuat katibi Eduard Şarmazanov yeni hökumət proqramı ilə bağlı fikirlərini bildirib.
Publika.az Ermənistan KİV-inə istinadən xəbər verir ki, Şarmazanov hökumət proqramının qeyri-müəyyən söz yığını olduğunu deyib.
“Bu, proqram deyil, hətta tostlar deyil. Bu, Paşinyanın yalanını təsdiq edən sənəddir.
Bu kədərli, qeyri-müəyyən söz yığınıdır, irəliləyiş haqqında heç bir konkret addım gözdən keçirilmir.
Hanı iqtisadi uçuş?
Hanı investisiya bumu?
Hanı “sehrli çubuq”?
Hanı yoxsulluğun kəskin azaldılması?
Hanı iş yerlərinin yaradılması?
Hanı iqtisadi artımın yüksək templəri?
Hanı maaşlar və pensiyaların kəskin artımı?
Heç biri yoxdur…
Amma axı Nikol Paşinyan bütün bunları vətəndaşlara söz verdi?
Söz verdi, amma birbaşa əksini etdi.
Nəticə birdir.
Bu proqram deyil, bu hətta tostlar toplusu deyil.
Bu, Nikolun yalanını təsdiq edən sənəddir.
P.S. Yaxın vaxtlarda populizm və yalanın yenisinə daha ətraflı müraciət edəcəyəm”, – Eduard Şarmazanov feysbuk səhifəsində yazıb.
Xatırladaq ki, fevralın 6-da Ermənistan hökumətinin proqram layihəsi elan edilib. “Joxovurd” nəşrinin yazdığına görə, 71 səhifəlik sənəd diqqətçəkən bir faktı təsdiqləyib.
Nəşrin yazdığına görə, söhbət Nikol Paşinyanın rəhbərlik etdiyi hökumətin əvvəlki hökumətin proqramını praktik olaraq tamamilə təkrarlamasından gedir. Proqram 2018-ci ilin iyununda “məxməri inqilab”dan sonra parlamentdə təqdim edilmişdi.
Yeni proqram ən yaxın beş il üçün yazılıb və uzunmüddətli perspektivə göstərilmiş konkret göstəricilər var. Məsələn, iqtisadi artımın orta tempi ən azı 5 faiz təşkil etməlidir.
Sənəddə xarici siyasət sahəsində bir neçə diqqətçəkən aspekt var. Məsələn, qeyd edilir ki, hökumət ATƏT-in Minsk qrupu formatında Dağlıq Qarabağ münaqişəsinin sülh nizamlanmasına səy göstərəcək. Bildirilir ki, danışıqlar prosesində “Artsax”ın (Dağlı Qarabağ – red.) statusunun və təhlükəsizliyinin təminatı Ermənistanın başlanğıc prioritetidir. Paşinyan hökuməti iddiasında qalaraq yenidən təsdiq edir ki, Dağlıq Qarabağdakı qondarma rejim münaqişə tərəfidir, nizama salınma prosesində həlledici səsə malik olmalıdır.
Amma hökumətin proqramında qonşu Türkiyəylə münasibətlərin yaxşılaşması haqqında heç nə yoxdur, hərçənd Paşinyan ilkin şərtlərsiz bu ölkə ilə münasibətlərin qurulmasından daha əvvəl danışıb.
Ömər Dağlı
-
Avropa08:12Bağdan yumurta axtaranlar radioaktiv element tapdılar
-
Avropa08:00İki ölkə Ukrayna ilə diplomatik əlaqələri kəsə bilər
-
Magazin106:16Yaşar Nuri və Rasim Balayevin unudulmaz rəqsi - VİDEO
-
Qoroskop00:15Günün ulduz falı - Ondan gələn xəbər sizi sevindirəcək
-
Magazin15 Aprel 23:12"Maska"da bu gün bu obrazlar var idi - VİDEO
-
Yaxın Şərq5 Aprel 22:48Netanyahu Trampı təbrik etdi
-
Magazin15 Aprel 22:00Tolikin evində toydur
-
Hadisə5 Aprel 20:12FHN sel təhlükəsi ilə bağlı əhaliyə müraciət etdi









.jpg)


























