Tbilisidə etiraz aksiyasında ŞOK GÖRÜNTÜLƏR - YENİLƏNDİ
Bizi izləyin

Cənubi Qafqaz

Tbilisidə etiraz aksiyasında ŞOK GÖRÜNTÜLƏR - YENİLƏNDİ

Tbilisidə etirazçılara qarşı gözyaşardıcı qazla yanaşı, plastik mərmilərdən də sitifadə olunub.

Publika.az xəbər verir ki, bu mərmilərlə nümayiş iştirakçılarına atəş açılıb. Nəticədə vətəndaşlar ciddi xəsarətlər alıblar. Həmin görüntüləri təqdim edirik:

***

00:55

Tbilisidə etirazçılara qarşı gözyaşardıcı qaz tətbiq olunur.

Qazın böyük həcmdə buraxıldığı bildirilir. Askiya iştirakçıları parlament qarşısından uzaqlaşmağa başlayıblar.

***

00:12

Tbilisidə davam edən etiraz aksiyasında polis və iştirakçılar arasında baş verən fikizi qarşıdurma nəticəsində bir neçə şəxs xəsarət alıb.

Parlament yaxınlığına təcili tibbi yardım maşınları cəlb olunub. Xəsarət alanların ikisinin polis əməkdaşı olduğu bildirilir.

Xüsusi təyinatlılar parlament binasına daxil olmağa cəhd edən etirazçılara qarşı dəyənəklərdən istifadə etməyə başlayıblar.

Qarşıdurma zamanı xəsarət alanların dəqiq sayı hələ məlum deyil.

***

20 iyun 23:35

Gürcüstanın baş naziri Mamuka Baxtadze parlament binasına gəlib.

Hökumət başçısı ilə yanaşı daxili işlər naziri Giorgi Qaxaria və Xüsusi Dövlət Mühafizə Xidmətinin rəhbəri Anzor Çubinidze də qanunverici orqandadırlar. M.Baxtadzenin yaranmış vəziyyətlə bağlı bəyanat verib-verməyəcəyi hələ məlum deyil.

Parlamentin qarşısında davam edən etiraz aksiyasında vəziyyət gərgin olaraq qalır.

***

22:32

Gürcüstanın daxili işlər naziri Giorgi Qaxaria etiraz aksiyasının keçirildiyi parlamentin qarşısına gəlib.

Nazir etirazçıları polisin tələblərinə əməl etməyə çağırıb.

G.Qaxaria bildirib ki, qanunverici orqanın qarşısında baş verənlər dövlət qurumlarına hücumdur:

“Burada olan hər bir vətəndaşı polisin tələblərinə qeyd-şərtsiz tabe olmağa çağırıram” (Report).

***

22:15

Tbilisidə parlament binası qarşısında keçirilən aksiyada gərginlik yaranıb.

Aksiya iştirakçıları parlamentin binasına daxil olmağa çalışırlar.

Polis etirazçıların cəhdlərinin qarşısını alır.

Kütləvi aksiyanın dağıdılması üçün parlament yaxınlığına su şırnağı maşını cəlb olunub.

***

20:21

Gürcüstanda parlamentin qarşısında rusiyalı deputatlara qarşı keçirilən aksiyaya qoşulanların sayı artır.

Publika.az "Report"a istinadən xəbər verir ki, mərkəzi Rustaveli prospektində avtomobillərin hərəkəti dayandırılıb.

Aksiyada iştirak edən ictimai fəallar və müxalifət partiyalarının üzvləri Gürcüstanın parlament sədri İrakli Kobaxidzenin istefasını tələb edirlər.

Həmçinin daxili işlər naziri Giorgi Qaxaria və Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Vaxtanq Qomelaurinin də istefası tələb olunur.

Müxalifətdə olan Vahid Milli Hərəkat Partiyasının sədri Qriqol Vaşadze aksiya iştirakçıları qarşısında çıxışı zamanı bildirib ki, hökumətə tələbləri yerinə yetirmək üçün bir saat vaxt verilir.

Qeyd edək ki, Parlamentlərarası Pravoslav Assambleyasının (PPA) Tbilisidə keçirilən 26-cı Baş Assambleyasında iştirak edən Rusiya nümayəndə heyəti artıq Gürcüstanı tərk edib. Rusiyalı deputatlar əleyhinə aksiyalar Tbilisi ilə yanaşı, Telavi və Qoridə də keçirilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm