Cənubi Qafqaz
Rus hərbi ekspert ordumuzun gücünü açıqladı: İrəvan köməksiz qalacaq, Azərbaycan tankları, PUA-ları...
Azərbaycan Ermənistandan daha müasir silahlarla təchiz olunub: tanklar, müxtəlif zirehli avtomobillər, hərbi nəzarət sistemləri, pilotsuz uçuş aparatları və sair”.
Publika.az xəbər verir ki, bu sözləri rusiyalı hərbi mütəxəssis, Hərbi Siyasi Elmlər Dərnəyinin üzvü Aleksandr Perenciyev Tovuz istiqamətində gedən döyüşlərlə bağlı danışarkən deyib.
Mütəxəssis bildirib ki, iki həmsərhəd ölkə arasında mövcud gərginliyin böyükmiqyaslı döyüşə çevriləcəyi təqdirdə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) üzvlərinin bu döyüşlərə müdaxilə etməsi ehtimalı olduqca azdır: “Burada hər şeydən əvvəl İrəvanın alacağı hərbi-siyasi dəstəkdən bəhs edirik. Ermənistanın KTMT üzvü olması müəyyənləşdirici faktordur. Lakin döyüşdə ona dəstək verilməsi ehtimalı çox aşağıdır”.
O bildirib ki, Azərbaycan cəmiyyəti mövcud status-kvo ilə barışmır və paytaxt Bakıda orduya dəstək məqsədilə keçirilən yürüş aksiyası bunun bariz göstəricisidir.
Perenciyev münaqişənin vasitəçilər tərəfindən 2007-ci ildə Bakı və İrəvana təklif edilən “Madrid” planından başqa sülh yolu ilə həllinin alternativi olmadığını vurğulayıb.
Qeyd edək ki, “Madrid” planı Dağlıq Qarabağın ətrafındakı bölgələrin mərhələli şəkildə Azərbaycana qaytarılması, Qarabağa Azərbaycanın ərazi bütövlüyünü pozmayan müvəqqəti status verilməsi, Ermənistan və Dağlıq Qarabağ arasında korridorun yaradılması və Qarabağdan məcburi köçkün düşən insanların doğma torpaqlarına geri qaytarılmasını ehtiva edir.
Zümrüd
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi





































.jpg)
.jpg)
