Cənubi Qafqaz
Tovuz döyüşləri Türkiyəni hədəf almışdı? - Professordan diqqətçəkən açıqlamalar
Ermənistan Azərbaycan iqtisadiyyatının həyati əhəmiyyətli enerji və nəqliyyat korridorlarını hədəf alıb.
Publika.az xəbər verir ki, bunu Türkiyə mediasında açıqlamasında Azərbaycan Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi şöbə müdiri Cavid Vəliyev deyib.
12-14 iyulda Ermənistan-Azərbaycan sərhədində baş verən insidentlə bağlı danışan professor bildirib ki, Ermənistan Türkiyəyə müxalif dövlətlərin də dəstəyini almağa çalışır.
Qeyd edək ki, gərginliyin yaşandığı bölgə olan Tovuz Azərbaycan-Gürcüstan-Türkiyə korridorunun, enerji və nəqliyyat yollarının çox yaxınlığında yerləşir. Bakı-Tbilisi-Ceyhan xam neft boru xətti, Cənub Qaz Dəhlizi və Bakı-Tbilisi-Qars dəmir yolu xətti bu istiqamətdən keçir. Bu korridor Türkiyənin Mərkəzi Asiyaya açıldığı, Xəzərin neft və təbii qazını Türkiyə və dünyaya daşıyan enerji və nəqliyyat xətlərinin olduğu yerdir. Ermənistanın kənar saxlanıldığı bu layihələr bir tərəfdən Azərbaycan-Gürcüstan-Türkiyəni birləşdirən və Cənubi Qafqazmın dünyaya çıxış layihələridir. Digər tərəfdən Azərbaycan iqtisadiyyatının can damarıdır. Bu səbəbdən Azərbaycanın layihələrini vurmaqla ölkəyə zərər vermək düşüncəsi Ermənistanda hakim fikirdir. Qısası, Türkiyə və Azərbaycanı birləşdirən layihələrə zərər vermək dayana bilər.
Bildirilib ki, Ermənistan həm də Dağlıq Qarabağ münaqişəsini unutdurmaq, beynəlxalq diqqəti münaqişə ocağından yayındırmaq üçün məhz Tovuz istiqamətində hərəkətə keçib.
Zümrüd
-
Magazin106:16Röya mavi lələkli libasda - FOTO
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi


































.jpg)


