Cənubi Qafqaz
Paşinyanın taxtı silkələnir - 60 min erməni ayağa qalxdı, Putin Koçaryanı... - VİDEO
Video əlavə olunub.
xxx
Azərbaycan Silahlı Qüvvələrinin işğal altındakı Dağlıq Qarabağ və ətraf əraziləri azad etmək üçün başlatdığı əks-hücum əməliyyatları Ermənistan baş naziri Nikol Paşinyanın hakimiyyətini təhlükə altına atıb.
Publika.az xəbər verir ki, Azərbaycan Ordusunun ildırımsürətli irəliləyişi Ermənistanda xalqın hakimiyyətə olan etibarını sarsıdıb.
Türk qorxusu
Türk mallarını ölkədə boykot etmək istəyən N.Paşinyan ciddi etirazlarla üzləşib. Ticarətçilər baş nazirin istəyi yerinə yetərsə, batacaqlarını deyib. 60 min kiçik sahibkar baş nazirin bu çağırışını rədd edib. Böyük supermarketlər isə türk mallarını rəflərdən boşaltdıqdan sonra mağazaların böyük hissəsi boş qalıb. Məsələ ilə bağlı açıqlama verən Ermənistan Ticarət Palatasının sədri Vaqram Mirakyan türk mallarına boykot qərarının bir gecədə gerçəkləşdirilməyəcəyini vurğulayıb.
Türkiyənin “Hürriyət” qəzetinin əldə etdiyi sənədə əsasən, Ermənistanın hökumət başçısı daxili çaxnaşmanı yatırmaq üçün “türklər 100 il əvvəl bizi doğradı, bu gün də doğramaq istəyir” təxribatına başlayıb. Amma ona kimsə ciddiyyətlə yanaşmayıb. Paşinyanın xarici siyasətdə də gözlədiyi dəstəyi ala bilməməsi rəsmi İrəvanı çaşdırıb.
Bakı təşvişi
Hakimiyyətinin əvvəlində yumşaq görünən, lakin daha sonra bütün siyasi rəqiblərini həbsə atmağa başlayan Paşinyan siyasi və iqtisadi baxımdan küncə sıxışdıqca xalqına Azərbaycanı hədəf göstərməyə başlayıb.
Rusiyadan ümid kəsildi
27 sentyabrdan etibarən münaqişənin alovlanmasına rəğmən, Rusiyanın kənar siyasət izləməsi də diqqət çəkir. Bu siyasət rəsmi Moskvanın N.Paşinyana isti münasibət bəsləmədiyinin açıq işarəsidir. Paşinyanın həbs etdirdiyi, daha sonra azadlığa çıxardığı sabiq prezident Robert Koçaryana Moskvadan doğum günü təbrik məktubu göndərilməsi isə İrəvana münasibətin “duzu-bibəri” olub.
PKK sevgisi
Cəbhədə ağır itkilər verərək geri çəkilməyə məcbur olan Ermənistan ordusu ümidini Suriyadan gətirilən terror qruplaşmalarına bağlamış vəziyyətdədir. Dağlıq Qarabağa yerləşirilən PKK ünsürlərinin liderləri Ermənistan hökumətində kimlərlə görüşübsə, hamısı arxivləşdirilib.
Zümrüd
-
Magazin219:48Məşhur azərbaycanlı müğənninin uşaqlıq görüntüsü yayıldı - VİDEO
-
Nida Xəbər 19:24445 min manatı mənimsəyən qadın Türkiyədən Azərbaycana gətirilir
-
Banklar 18:24Mərkəzi Bankla bağlı YENİ XƏBƏR - Dəyişiklik baş verdi
-
Region18:12Sahibə Qafarova və Alen Simonyan arasında qısa söhbət oldu
-
Cənubi Qafqaz16:42Ermənistanda kütləvi həbs: Rusiyaya bağlı siyasətçilər sıradan çıxarılır
-
Dünya15:50Yerin 15 kilometr dərinliyində aşkar edildi: İllərlə gizli qalıb
-
Yaxın Şərq15:43İran ABŞ-ın İsfahan planını ifşa etdi: Bütün gəmilərinizi batırarıq
-
Rəsmi xronika15:18İlham Əliyev sərəncam imzaladı






































