Cənubi Qafqaz
Bu, əslində, Azərbaycan-Ermənistan döyüşü deyil - Azərbaycanlı professordan KRİTİK AÇIQLAMA
“Bu, əslində, Azərbaycan-Ermənistan döyüşü deyil”.
Publika.az xəbər verir ki, bunu Türkiyə mediasına açıqlamasında Kahramanmaraş Südçü İmam Universiteti Siyasi Elmlər və Beynəlxalq Münasibətlər Fakültəsinin dekanı Toğrul İsmayıl deyib.
Professor bildirib ki, Azərbaycan işğal olunmuş ərazilərini təmizləməkdə və işğalçı qüvvələri torpaqlarından çıxarmaqdadır: “Son vəziyyətə görə, Ermənistanın yaratdığı ciddi müdafiə xətti yarılıb və ciddi irəliləyiş əldə olunub. Azərbaycan həm havadan, həm də qurudan əhəmiyyətli zərbələr endirir. Prezident İlham Əliyevin açıqlamasına görə, artıq işğaldan azad olunmuş 15 yaşayış məntəqəsində Azərbaycan bayrağı dalğalanır. Düşmən 10-15 faiz itki verib ki, bu özlüyündə ciddi rəqəmdir. Görünən odur ki, Azərbaycan işğal edilən əraziləri almadan əməliyyatları dayandırmayacaq”.
T.İsmayılın sözlərinə görə, Ermənistanın məqsədi prosesi uzadaraq işğalı artırmaq və reallığı unutdurmaqdır: “Daha bir məqsəd isə bölgədə marağı olan ölkələri qıcıqlandırmaqdır. Tovuz hücumlarında Ermənistanın arxasında açıq şəkildə Fransanın dayandığını gördük. Fransa ATƏT-in daimi həmsədrlərindən biri olmasına rəğmən, tamamilə tərəfli davranır”.
O, Dağlıq Qarabağın strateji əhəmiyyətindən də söz açıb: “Dağlıq Qarabağ Cənubi Qafqazın mərkəzi mövqeyindədir. Burada məsələ sadəcə strategiya deyil. Azərbaycanı daha da şərq və şimala sıxışdırmaqla Türkiyədən uzaqlaşdırmaqdır. Türkiyə ilə Azərbaycan arasındakı əlaqəni tamamilə qoparmaq istəyirlər. Bu baxımdan Dağlıq Qarabağ ərazisi əhəmiyyətlidir. Buradan Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Qars və Bakı-Tbilisi-Ərzurum enerji xətləri keçir”.
Professor vurğulayıb ki, aktiv döyüşlərdə Türkiyə ordusunun heç bir ünsürü iştirak etmir. Bu iddia Ermənistanın xristian-müsəlman münaqişəsini alovlandırmaq üçün ortaya atdığı uydurmadır: “Ermənistanın Azərbaycana hücumunun hədəfində təkcə Azərbaycan yox, bilavasitə Türkiyə də dayanıb. Türkiyənin bölgədəki gücünü azaltmaq niyyətindədirlər. Nikol Paşinyan və Emmanuel Makronun açıqlamaları, Türkiyənin Suriyadan döyüşçü gətirdiyinə dair iddialar Türkiyəyə qarşı təxribatdır”.
Zümrüd
-
Dünya14:16Cümə namazı zamanı partlayış: 15 ölü, 50-dən çox yaralı
-
Dünya13:18Aral gölü necə məhv edildi? - Ekoloji fəlakətə səbəb olan şok faktlar
-
Cənubi Qafqaz11:10Azərbaycan sərhədin bu istiqamətində mövqelərini genişləndirib? - İDDİA
-
Nida Xəbər 10:52Bu şəxslər hərbi xidmət keçmədən “yararlı” bilet ala bilər
-
Sosial10:16Formula-1 zamanı Bakıda bu yollar bağlı olacaq
-
Dünya09:46Londonda həyəcan: Kralın bankir qohumu müəmmalı şəkildə öldü
-
Yaxın Şərq09:13Hörmüzdə bu ölkənin tankeri yanır - İran vurub
-
Avropa08:12Avropada poliqonda partlayış - Çox sayda yaralı var












.jpg)























.jpg)


