Cənubi Qafqaz
Gürcüstan Patriarxı Azərbaycan səfiri ilə Qarabağdan DANIŞDI
Cari ilin 8 oktyabr tarixində Gürcüstan Patriarxı II İlya öz iqamətgahında Azərbaycan Respublikasının Gürcüstandakı səfiri Faiq Quliyevi qəbul edib.
Bu barədə Publika.az-a xəbər portalına Azərbaycanın Gürcüstandakı səfirliyinin mətbuat xidmətindən məlumat verilib.
Verilən məlumatda, qonağı salamlayan Patriarx səfir F.Quliyevi yeni təyinatı münasibətilə təbrik edib və ona öz xeyir-duasını verib. Öz növbəsində səfir F.Quliyev Patriarxa səmimi qəbula görə minnətdarlığını bildirərək, ona Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadənin salamlarını çatdırıb. Daha sonra F.Quliyev Azərbaycan xalqının böyük dostu olan II İlyanın Qafqazda və dünyada tanınmış, nüfuzlu dini lider olmasını qeyd edərək, yeni təyin olunmuş səfir kimi Azərbaycan-Gürcüstan dostluq, qardaşlıq, strateji partnyorluq münasibətlərinin inkişafında əlindən gələni etməyə hazır olduğunu bildirib.
"Tarixi keçmişə əsaslanan ənənəvi humanitar əlaqələrin uğurlu inkişafından danışan səfir bu tarixi irsin qorunub-saxlanılması və inkişafında Gürcüstanda yaşayan, bu ölkənin tam hüquqlu vətəndaşları olan və Gürcüstan dövlətçiliyinin inkişafında aktiv iştirak edən azərbaycanlıların mühüm amil olduğunu vurğulayıb. Hazırda Ermənistan təxribatlarına cavab olaraq Azərbaycan Ordusunun torpaqlarımızın işğaldan azad edilməsi uğrunda əks-hücum əməliyyatlarından danışan F.Quliyev Gürcüstana da tezliklə ərazi bütövlüyünün təmin edilməsini arzu edib:
Torpaqlarımızın işğaldan azad edilməsindən sonra Azərbaycan və erməni xalqlarının əvvəlki normal əlaqələrini bərpa etməyə çalışacağıq”- deyə səfir F.Quliyev bildirib.
Görüşün davamında Gürcüstan Patriarxı II İlya regionda sülhün, əmin-amanlığın təmin olunmasının vacibliyini vurğulayıb. “Həqiqətdən daha qiymətli heç bir şey yoxdur. Biz onu axtarmalıyıq. Həqiqətə yolu addım-addım keçmək lazımdır. Allah bunun qanuni, sülh yolu ilə edilməsini nəsib etsin” -deyə Patriarx qeyd edib.
Görüşün sonunda qəbula görə bir daha təşəkkürünü bildirən səfir F.Quliyev Gürcüstan Patriarxlığı ilə intensiv əməkdaşlığın qurulmasına hazır olduğunu vurğulayaraq, Gürcüstan Pravoslav Kilsəsinin nümayəndələrini Azərbaycana səfərə dəvət etmişdir.
-
Sağlamlıq04:14Bağırsaq iltihabını azalda giləmeyvələr - Tərkibində nələr var?
-
İKT03:13"Windows 11" "Windows XP"dən daha bir xüsusiyyəti geri qaytarır
-
Magazin201:41Həyat yoldaşını çiyinlərinə alaraq qaçdı: “Dünyamı daşıyıram” - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Ailə məsələləri sizə əlavə xoşbəxtlik gətirəcək
-
Hadisə8 Oktyabr 23:48Minaya düşənlər şəhid Ruhin Qəhrəmanovun atası ilə qardaşıdır - FOTO
-
İKT8 Oktyabr 23:36Azərbaycanda ən populyar süni intellekt çat-botu açıqlandı
-
Avropa8 Oktyabr 22:48İordaniya şahzadəsinin zinət əşyaları görün kim oğurlayıb
-
MDB8 Oktyabr 21:48İki rus 18 nəfəri oğurlayaraq köləlikdə saxladılar
























.png)











