Azərbaycandan 3 ölkənin prezidenti və xalqına MÜRACİƏT
Bizi izləyin

Cənubi Qafqaz

Azərbaycandan 3 ölkənin prezidenti və xalqına MÜRACİƏT

Azərbaycan Qeyri Hökumət Təşkilatları Gəncədə uşaq və qadınların Ermənistanın raket atəşi nəticəsində öldürülməsi ilə bağlı Rusiya Federasiyasının prezidenti Valdimir Putinə, ABŞ prezidenti Donald Trampa, Fransa prezidenti Emmanuel Makrona, həmçinin Rusiya, ABŞ və Fransa ictimaiyətinə müraciət məktubu ünvanlayıb.

Publika.az xəbər verir ki, 11 oktyabr 2020-ci il tarixli müraciətdə deyilir:

“Hörmətli Prezidentlər,

Biz, Azərbaycanda uşaq və qadınların hüquqlarını müdafiə edən QHT-lər olaraq Sizə müraciət edirik.

Məlum olduğu kimi, 9 oktyabr 2020-ci ildə Rusiya Federasiyasının prezidenti Vladimir Putinin təşəbbüsü ilə humanitar əsaslarla atəşkəsin elan olunması ilə bağlı Moskvada Rusiya xarici işlər naziri Sergey Lavrov, Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ernənistan xarici işlər naziri Zöhrab Mansakyan arasında üç tərəfli görüş keçirilib.

Təxminən 11 saat davam edən görüşdən sonra 4 bənddən ibarət razılıq əldə olunub:

1. 2020-ci il oktyabrın 10-u saat 12.00-dan etibarən Beynəlxalq Qırmızı Xaç Komitəsinin meyarlarına uyğun və vasitəçiliyi ilə əsirlərin və digər saxlanılan şəxslərin və həlak olanların cəsədlərinin dəyişdirilməsi üçün humanitar əsasda atəşkəs elan olunur.

2. Atəşkəs rejiminin konkret parametrləri əlavə olaraq razılaşdırılacaq.

3. Azərbaycan Respublikası və Ermənistan Respublikası ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə tənzimlənmənin əsas prinsipləri əsasında münaqişənin tezliklə sülh yolu ilə həlli məqsədilə substantiv danışıqlara başlayırlar;

4. Tərəflər danışıqlar prosesinin formatının dəyişməz olduğunu təsdiq edirlər.

Ancaq təəssüflər olsun ki, Ermənistan tərəfi razılaşmanın bütün maddələrini kobud şəkildə pozaraq, Azərbaycanın həm cəbhə boyu rayon və kəndlərini, həm də cəbhədən uzaq məsafədə yerləşən şəhərlərini ağır artilleriya və raket atəşinə tutmaqda davam edir.

Ən acınacaqlısı isə odur ki, oktyabrın 11-də saat 04.00 radələrində Azərbaycanın ikinci ən böyüş və 500 mindən çox əhalisi olan, cəbhə xəttindən 80 km uzaqlıqda yerləşən Gəncə şəhəri Ermənistanın siyasi və hərbi rəhbərliyinin əmri ilə raket atəşinə tutuldu.

Ermənistanın bu barbar və vəhşi hücumu nəticəsində 3 yaşayış binası dağılıb, 7-dən çox mülki şəxs ölüb və 33-dən çoxu yaralanıb. Ölənlər arasında uşaq və qadınlar da var. Ermənistanın bu cinayəti dinc və günahsız azərbaycanlılara qarşı törədilən və Xocalıdan sonra növbəti soyqırım aktıdır.

Atəşkəsin elan olunmasından sonra Ermənistanın Azərbaycanın dinc əhalisinə qarşı açiq hücum etməsi və onlarla insanı öldürməsi və yaralaması tarixdə görünməmiş bir alçaqlıq və cinayətdir. Ermənistan bu cinayət əməli ilə bir daha sübut etdi ki, o heç zaman əldə olunan razılaşmaya, imzaladığı sənədə əməl etməyib. Digər tərəfdən Ermənistanın Gəncəni raket atəşinə tutması həm də onu göstərir ki, işğalçı ölkə əvvəlki illərdə olduğu kimi yenə də dünya ictimaiyyətinin, konkret olaraq həmsədr ölkələri kimi sizin mövqeyinizi və çağırışınızı heçə sayır, bütün beynəlxalq konvensiyaları kobud şəkildə pozmaqda davam edir. Bunun isə tək səbəbi indiyə kimi Ermənistanın cəzasız qalması və işğalçı ölkəyə qarşı hər hansı bir beynəlxalq sanksiyanın tətbiq olunmamasıdır.

Biz, aşağıda imza edən uşaq və qadın hüquqlarının müdafıəsi ilə məşğul olan QHT-lər sizə və sizin ölkələrin vətəndaş cəmiyyəti instututlarına müraciət edir, atəşkəs rejimini riyakarcasına pozan və çoxlu sayda günahsız uşaq və qadını qətlə yetirən Ermənistana qarşı ciddi addımlar atmağa, təcavüzkarı durdurmağa çağırırıq.

Siz münaqişənin həllinə məsul olan ölkələr Ermənistanın bütün dünya qarşısında bu qədər açıq və birmənalı şəkildə müharibə cinayəti törətməsinə laqeyd qala bilməzsiniz. Azərbaycana qarşı törədilən bu təcavüzə laqeyd qalmanız, sizin insani dəyərlərə, beynəlxalq öhdəliklərə və beynəlxalq humanitar qanuna açıq hörmətsizliyiniz kimi qiymətləndiriləcəkdir.

Ümid edirik ki, ABŞ, Rusiya və Fransa ictimaiyəti də Ermənistanın insanlıq əleyhinə törətdiyi bu cinayəti qəti şəkildə pisləyəcək və ölkə rəhbərlərindən Ermənistanın cəzalandırılmasını tələb edəcəklər.

Qeyd: Oktyabrın 11-də Gəncə şəhərinin Ermənistan tərəfindən bombalanmasını özündə əks etdirən forto şəkillər müraciətə əlavə olunur”.

İmza:

1. "Leykozlu Uşaqlara Dəstək" ictimai birliyi, Baxşəliyeva Xoşqədəm Hidayət,

2. "Əlilliyi olan uşaq və gənclərin idmana inteqrasiyası" ictimai birliyi, Məmmədova Aynur Tofiq

3. "Aran" uşaqların sağlam gələcəyi ictimiyi birliyi, Hüseynov İbrahim Qüdrət oğlu

4. Himayə Uşaq ictimai Birliyi, Umudova Mətanət Umud qızı

5. "İntellekt" uşaq və gənclərə kömək ictimai birliyi, Abbasov Rəşad Soltan

6. «Qızlar Bulağı» Uşaq, Yeniyetmə və Gənc Qızlara Təlim və Tədris Xeyriyyə Fondu, Ələddinov Müzəffər Mürtəza

7. "Azərbaycan Uşaqları" İctimai Birliyi, Kəmalə Ağazadə

8. “Sağlam Həyat” Ana və Uşaqlara Qayğı İctimai Birliyi, Səfixanlı Aytən Nəhməd qızı

9. "Kimsəsiz və Aztəminatlı Ailələrin Uşaqlarına Sosial-Mənəvi Dəstək" ictimai birliyi, Əhməd Təranə Ağabala

10. "SOS Uşaq Kəndləri - Azərbaycan" Assosiasiyasi ictimai birliyi, Hüseynov Rəşad Fərəməz oğlu

11. "Məlahətli Ana" uşaqlara yardım ictimai birliyi, Əhmədov Natiq Əhmədağa

12. Gənc Ana və Uşaqların Maarifləndirilməsi İctimai Birliyi, Məmmədova Nigar Yaşar qızı

13. Qadın və Uşaqların Problemlərinin Araşdırılmasi İctimai Birliyi (QUPAİB), Quliyeva Səmayə Tanrıverdi qızı

14. “Ümman” əlil uşaqlara qayğı İctimai Birliyi, Məmmədova Şüküfə Rəşid qızı

15. "İnam və Ümid" əlil uşaqlara dəstək ictimai birliyi, Həsənov Fərman Bəndər

16. “Kəndlərin İnkişafı” Uşaq və Gənclər ictimai birliyi, Musayev Vasif Vaqif

17. "Aytam" uşaqların mədəni maarifləndirilməsi ictimai birliyi, Zamanova Aygün Kamil qızı

18. Xüsusi Qayğıya Ehtiyacı olan Uşaqlara Dəstək ” İctimai Birliyi, Əliyev Salam Akif oğlu

19. "Etimad-uşaq və gənclərə psixoloji dayaq" ictimai birliyi, Bəşirova Şəlalə Nizami

20. "Oriqami" uşaq və yeniyetmələr ictimai birliyi, Nəcəfov Namiq Nəcəf

21. "Sahibsiz Uşaqlara Kömək" ictimai birliyi, Abbasova Məlahət Turab

22. "Ana və uşaq sağlamlıq mərkəzi" ictimai birliyi, Məmmədova Fəridə Xanış

23. "Gülüstan" Kimsəsiz Uşaq və Qadınlara Yardım İctimai Birliyi, Vəfa Aktuz

24. "Uşaq və Yeniyetmələrə Dəstək" ictimai birliyi, Abdulov Fərhad Oktay

25. "Ədalət və İnkişaf Naminə" uşaq və gənclərə dəstək ictimai birliyi, Kərimova Nuranə Süleyman

26. "Valideyn Himayəsindən Məhrum Olmuş Uşaqlara Dayaq" ictimai birliyi, Hüseynova Mehriban Nəriman

27. "Uşaq və tələbə gənclər dünyası" ictimai birliyi, Cəfərov Tural Fariz

28. "Valideyn himayəsindən məhrum olan uşaq və gənclərə yardım" İctimai Birliyi, Zaur Seyidzadə Mirtağı oğlu

29. "Azərbaycan Uşaq Hüquqlarının Müdafiəsi Liqası" ictimai birliyi, Bəkirov Yusif Seyfəddin

30. “Qayğı” Uşaq Hüquqlarının Müdafiəsinə Yardım ictimai birliyi, Səfərov İntiqam Musarza

31. "Mənəvi Dayaq" Uşaq və Gənclər İctimai Birliyi, Arzu Orucov

32. "Kimsəsiz Uşaqların Sosial Müdafiəsi" ictimai birliyi, İsayeva Lamiyə Ədalət

33. “Kiçik dünya" Uşaqların Maarifləndirilməsinə Kömək İctimai Birliyi, İbrahimova Nigar Nazim qızı

34. Azərbaycan Uşaq Fondu, Məhərrəmov Aqil İsa

35. Dünya" Ana və Uşaqlar ictimai birliyi, Əliyeva Dünyaxanım Yunus

36. "Çıraq" Uşaq İnkişaf Mərkəzi ictimai birliyi, Hacıyeva Zeynəb Vaqif

37. "Xüsusi qayğıya ehtiyacı olan uşaqlara və onların ailələrinə yardım" ictimai birliyi, Kərimova Cəmilə İlham

38. "Uşaq və Gənclərin İnkişafına Dəstək" İctimai Birliyi, Cəfərova Aygün Əzizağa qızı

39. "Qadın və Uşaq Sosial Təminatı" Ictimai Birliyi, Dadaşova Firuzə Oktay qızı

40. "Buta" xüsusi qayğıya ehtiyacı olan uşaqlara və yeniyetmələrə dəstək ictimai birliyi, Ağamalı Günay Fəzail qızı

41. El Qayğısı" Valideyin Himayəsindən Məhrum Olmuş Uşaqlara Yardım İctimai Birliyi, Quliyev Elnur Famil

42. "Uşaqların Gələcəyi Naminə" ictimai birliyi, Quliyeva Könül Fəhrad

43. "Qadın və uşaqların innovativ maarifləndirilməsinə dəstək" ictimai birliyi, Zülfüqarova Aynur Vaqif"

44. Miqrant uşaqlara dəstək" ictimai birliyi, Məmmədova Fatma Abbas

45. "Azərbaycan Kənd Qadınları Assosiasiyası" ictimai birliyi Qənbərova Gülbəniz Rəşid

46. “Masallıda Qadınların Sosial İnkişafına Dəstək" İctimai BirliyiMuxtarova Nərgiz Abutalıb

47. "Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası" ictimai birliyiBabayeva Səkinə Rəşid

48. "Lider Qadınlar" İctimai BirliyiYaqubova Arzu Fazil qızı

49. Azərbaycan Qadınlarının Haqlarını Müdafiə Mərkəzi İctimai BirliyiMayisə Məmmədova Vaqif

50. "Zaqatalada Qadınların Sosial İnkişafına Dəstək" ictimai birliyiMirzəyeva Tamella Mayis

51. Şəmkir Qadın Resurs Mərkəzi" ictimai birliyiHəsənova Arzu Məhəmməd

52. Vətəndaş Cəmiyyəti Uğrunda Qadınlar AlyansıNiyazi Mehdi Musa

53. "Qadın Konsensus Mərkəzi" ictimai birliyiQuliyeva Aynur Cama

54. Gənc hüquqşünas qadınlar hüquqi islahatlar uğrunda ictimai birliyiŞəfa Camalzadə

55. "Qadınlar Arasında Həmrəylik" ictimai birliyiHüseynova Ruhəngiz Bəşir

56. "Biləsuvarda Qadınların Sosial İnkişafına Dəstək" ictimai birliyiƏzizova Natəvan Sahibəli

57. "Vəfa" Ziyalı Qadınlar ictimai birliyiCavadova Əsmayə İsməli

58. "Sabirabadda Qadınların Sosial İnkişafına Dəstək" ictimai birliyiBabayeva Şəhla Akif

59. “İnkişafa Doğru Qadın Təşəbbüsü" ictimai birliyiNəbiyeva Ziba Vasif

60. “Qadın Haqları və Gender Bərabərliyi” ictimai birliyiƏhmədova Ayişə Xaqani

61. Qadınların İnkişafına və Maarifləndirilməsinə Dəstək İctimai BirliyiXəzanə Orucova

62. Qadınlar Bələdiyyələrin İnkişafı Uğrunda İctimai BirliyiXəlilova Lyudmila Qoca qızı

63. “Mirzə Ələkbər Sabir” fondunSevda Tahirli

64. “Ailə Dünyası” Ailələrə Hüquqi Yardım ictimai birliyiGülayə Səfərova

65. "Əsgər Ailələrinə Dəstək" ictimai birliyi Mətanət Cəfərova

66. “İslahatçı qadınlar və innovasiyalar" ictimai birliyi Vüsalə Hüseynli

67. “XXI Əsrin Qadınları” ictimai birliyiMahirə Əmirhüseynova

68. “Əsgər Ailəsi Cəmiyyəti" Vətənpərvərliyin Təbliği ictimai birliyiRoza Əliqızı

69. Erməni Təcavüzünün Tanıdılması ictimai birliyiSəriyyə Cəfərova

70. "Mədəniyyətin və Milli Ənənələrin Təbliği" ictimai birliyi Büllur Məmmədova

71. Müharibə Veteranı Qadınlarına Sosial Yardım ictimai birliyi Radə Abbas

72. “Xankəndi” məcburi köçkünlərə dəstək ictimai birliyi Xatirə Vəliyeva

73. "Təmiz Dünya" Qadınlara Yardım ictimai birliyi Mehriban Zeynalova

74. “Xan Şuşinski” FonduBəyimxanım Verdiyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm