Cənubi Qafqaz
Ya Bakı ilə dil tapın, ya da köçün… - Liparityan
Ermənilər Azərbaycan və Türkiyə ilə münasibətlərini normallaşdırmalıdır, əks təqdirdə çantalarını yığaraq harasa köçməli olacaqlar.
Publika.az Axar.az-a istinadla xəbər verir ki, bunu Ermənistanın eks-prezidenti Levon Ter-Petrosyanın keçmiş baş müşaviri olan Jirayr Liparityan deyib.
Onun fikrincə, Ermənistanda qonşularına düşmən kimi deyil, fərqli olaraq baxan bir hökumət formalaşmalıdır:
“Ermənistan hər kəslə münasibətləri normallaşdırmalıdır, çünki bu, təhlükəsizliyi təmin edir. Mövcud siyasətin qorunub saxlanacağı təqdirdə nifrət və qorxu dominantlıq edəcək. Əgər bu iki əsas hiss analiz olunmasa, onlar Ermənistanın strategiyasının əsasını təşkil edəcək. Hazırda qorxu erməni siyasi düşüncəsinin bir hissəsi olaraq qalır”.
Liparityan inanır ki, qonşularla münasibətləri normallaşdıraraq, birbaşa Azərbaycan və Türkiyə ilə danışıqlar apararaq, onları başa düşmək və nəyə görə “yox” cavab verdiklərini dərk etmək lazımdır:
“Bu, sizə (Ermənistana - red.) düşməninizlə deyil, qonşunuzla ünsiyyət qurduğunuz və onun problemlərini anladığınıza dair bir inam hissi verəcək”.
O, həmçinin 1988-ci ildə daşnak liderlərindən birinin “Ermənistan müstəqil ola bilməz, əks halda türklər gəlib hamımızı qıracaq” sözlərini də xatırladıb:
“Bu durumda Ermənistan heç vaxt müstəqil ola bilməyəcək. Ya onlarla (qonşularla - red.) ünsiyyət qurmağın yolunu tapacaqsınız, ya da çantalarınızı yığaraq harasa getməli olacaqsınız".
-
İKT2 Oktyabr 20:00Kiberdələduzlar yeni üsula keçdi - DTX-dən vətəndaşlara xəbərdarlıq
-
Rəsmi xronika2 Oktyabr 18:40İlham Əliyev: Biz emosiyalara qapılsaydıq, üçüncü Zəfər Tağı İrəvanın mərkəzində ucaldılardı - Video
-
Nida Təhlil 2 Oktyabr 17:34YAP-ın yaranması: Qarabağ zəfərindən yeni ideoloji mərhələyə doğru
-
Rəsmi xronika2 Oktyabr 15:55Prezidentin sosial media hesablarında YAP-ın VIII Qurultayında iştirakına dair videoçarx paylaşıldı
-
Rəsmi xronika2 Oktyabr 15:44Prezidentdən Misir Mərdanovla bağlı sərəncam
-
Nida Xəbər 2 Oktyabr 15:26Pensiya artımında YENİLİK: Hamıya eyni məbləğ verilməyəcək
-
Qoroskop2 Oktyabr 14:38Başı bəladan qurtulmayan 4 bürc
-
Hadisə2 Oktyabr 13:45Məktəb qarşısında naməlum şəxs uşaqlara konfet paylayıb? - DİN-dən açıqlama



































.jpg)

