Cənubi Qafqaz
Ermənistanı bu aylarda aclıq gözləyir - Baqratyan
Ermənistanı qida böhranı gözləyir.
Publika.az Axar.az-a istinadla xəbər verir ki, bunu Ermənistanın keçmiş baş naziri Qrant Baqratyan deyib. O, qida böhranının 2021-ci ilin yazında ortaya çıxacağını bildirib.
Baqratyan qida böhranına Qarabağ müharibəsi nəticəsində əkin sahələrinin əldən çıxmasının səbəb olacağını deyib:
“Mart, aprel, mayda aclıq baş verə bilər. Hələlik yaxşı heç nə görmürəm. Məsələ odur ki, bizim ciddi ərazi itkilərimiz oldu. Biz minlərlə hektar əkin sahəsini itirdik. Azərbaycana verilən hər yeni əraziyə görə biz kənd təsərrüfatı potensialımızı itiririk”.
Qeyd edək ki, Ermənistan işğal etdiyi Dağlıq Qarabağ və ətrafındakı əraziləri istismar edir, orda həm də buğda əkirdi. Ərazilərimizin azad edilməsindən sonra xüsusilə Füzuli, Ağdam, Cəbrayıl rayonlarında olan əkin sahələrini Baqratyan həyasızcasına “ərazilərin verilməsi” kimi ifadə edir və bu, bir daha təsdiqləyir ki, erməni xalqı işğal altında saxladığı rayonlarımızın hamısını artıq “Ermənistan ərazisi” sayırmış.
Çox güman ki, ermənilərin işğal altında olan keçmiş DQMV-i və ətrafındakı rayonları təkcə dağıtması və təbii sərvətlərini mənimsəməsi deyil, həmçinin o torpaqları istismar etməsi də beynəlxalq məhkəmənin predmeti olacaq və buna görə Ermənistan təzminat ödəməyə məcbur ediləcək.
-
Qoroskop00:27Günün ulduz falı: cəsarətli addımlar atmaq üçün əlverişli vaxtdır
-
Kriminal27 Noyabr 20:12Öldürəndən sonra qızlarını parçalayan ata və ögey anaya hökm oxundu
-
Region27 Noyabr 19:00Türkiyə Gürcüstan səfirini XİN-ə çağırdı: Batumidəki hadisələrə sərt etiraz
-
Kriminal27 Noyabr 18:10Sabiq icra başçısı və müavininin məhkəməsi başladı
-
Nida Xəbər 27 Noyabr 15:20Əli Əsədov qərar imzaladı
-
Region27 Noyabr 12:42Dramatik hadisələr olur, Cənubi Qafqaz iki hissəyə bölünmə nöqtəsindədir - Krılov
-
Rəsmi xronika27 Noyabr 11:46Prezidentin sosial şəbəkə hesablarında videoçarx paylaşıldı
-
Dünya27 Noyabr 11:18Müxalifət razılığa gəldi: Netanyahu hökumətinin sonu yaxınlaşır?

















.jpg)



















