Cənubi Qafqaz
Bidzina İvanişvili siyasətdən birdəfəlik getdi - SƏBƏBLƏR
Hakim Gürcü Arzusu - Demokratik Gürcüstan Partiyasının qurucusu və sədri milyarder Bidzina İvanişvili siyasətdən əbədi ayrılıb.
Publika.az TASS-a istinadən xəbər verir ki, bu barədə özü açıqlama yayıb.
Bildirib ki, hakim partiyanın və orada təmsil olunan siyasətçilərin qoyulan vəzifələrin öhdəsindən onsuz gələ biləcəyinə inanır: “Partiyanı əbədi tərk etmək və hakimiyyətdən tamamilə istefa etmək qərarı verdim. Həm partiyanın sədri vəzifəsi, həm də partiyanın özündən ayrılıram və 2011-ci ilə qədər olduğu kimi adi həyata qayıdıram (partiyanın quruluş tarixi – red.).
Bu gün hakim komanda mövcud siyasi oyunçular arasında ən yaxşısıdır və alternativsizdir. Əminəm ki, bu cür insanlardan ibarət bir komanda işimi, nüfuzumu və bacarıqlarımı lazımi səviyyədə əvəz edə biləcək. Buna görə də öz missiyamı yerinə yetirdiyimə inanıram”, - partiyanın rəsmi internet səhifəsində qeyd olunub.
İvanişvilinin gedişinin başqa bir səbəbi yaşı ola bilər – onun fevral ayında 65 yaşı tamam olacaq.
Bu həm də siyasi fəaliyyətə son qoymağa qərar vermək üçün vacib amillərdən biridir.
B.İvanişvili 2011-ci ildə Gürcü Arzusu - Demokratik Gürcüstan partiyasını qurub. 2012-ci ildə digər müxalifət qüvvələrinin də daxil olduğu "Gürcü Arzusu" koalisiyasının bir hissəsi olaraq keçmiş prezident Mixail Saakaşvilinin partiyası olan Birləşmiş Milli Hərəkatdan çıxıb və parlament seçkilərində qalib gəlib. İvanişvili Gürcüstanın baş naziri olub, lakin 2013-cü ildə istefa verib və siyasətdən müvəqqəti təqaüdə çıxıb. 2018-ci ildə partiyaya qayıdıb və Gürcü Arzusunun sədri seçilib.
Zümrüd
-
Magazin102:44Ceki Çan Bakıda
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var
-
ABŞ3 Avqust 20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp



























.jpg)
.jpg)






