Cənubi Qafqaz
Ermənistanı bu gözləyir və başqa heç bir ŞANS YOXDUR - Manukyandan SENSASİON AÇIQLAMA
11 yanvarda Moskvada Putin- Əliyev-Paşinyan arasında üçtərəfli görüş baş tutdu. Birgə açıqlamada təsbit olunmuş çoxsaylı müzakirələrin nəticələri Ermənistan cəmiyyətində növbəti məğlubiyyət hissinə səbəb oldu - bu dəfə danışıqlar masasında...
Publika.az xəbər verir ki, birləşmiş erməni müxalifətinin rəhbəri Vazgen Manukyan liderlərin danışıqlarının nəticələrini şərh edib.
O bildirib ki, Azərbaycanın qarşısında yalnız 2 geosiyasi super-vəzifə durur: “Bizdə elə bir vəziyyət var ki, Moskvadakı danışıqlar nəticəsində imzalanan bütün bəyannamələr yalnız Azərbaycan tərəfinə uyğun gəlir. Ümumiyyətlə, Azərbaycanın bu vəziyyətdə və yaxın perspektivdə yalnız iki super-vəzifəsi var.
Birincisi, məcazi mənada desək, bütün Qarabağı ölkə ilə bütövləşdirməkdir. Zamanla hədəflərinə çatacaqlarına əmindirlər. Hazırda buna can-başla çalışmırlar, amma nəsə edirlər. Məsələn, bir məmur Ermənistandan ora gedirsə, o zaman Bakı ondan müvafiq hökumət strukturlarını məlumatlandırmasını tələb edir. Bu baxımdan Ermənistanın müqaviməti sıfırdır.
İkincisi, rabitə məsələsidir. Bakını, həqiqətən, narahat edən budur. Azərbaycanın Naxçıvanı ölkə ilə birləşdirən bir yola ehtiyacı var. Üstəlik, elə bir şəkildə ki, yol onlar tərəfindən idarə olunsun və Ermənistanın bu dəmir yolu və nəql olunan yükə nəzarət etmək üçün heç bir səlahiyyəti olmasın.
İstədikləri hər şeyi deyə bilərlər. Ancaq əslində hər saniyədə yolu bağlaya bilərlər. Malların tranziti üçün Ermənistandan yüksək ödənişlərin alınacağı istisna edilmir. Sərnişin nəqliyyatı, ümumiyyətlə, daimi təhdid altında qalacaq”.
V.Manukyan qeyd edib ki, Ermənistanın Azərbaycandan fərqli olaraq bir çox problemi var: “Ermənistan problemlərin heç birini həll edə bilmir. Məsələn - 10 noyabrda Qarabağdakı atəşkəs elanının 8-ci bəndində olan hərbi əsirlərin mübadiləsi məsələsi. Bu mənada Moskva danışıqlarının nəticəsi sıfırdır. Ən azı, göstərmək üçün 10 nəfər belə geri qaytarılmadı. Yəni Azərbaycan tərəfi istədiyi kimi davranır. Bu baxımdan, Ermənistan daha bir biabırçı və sarsıdıcı məğlubiyyətə uğradı. Bu dəfə danışıqlar masasında. Əslində, Ermənistan indi heç nə itirə bilməz. Tamamilə haqqını itirən, təslim olması mümkün olan hər şeyi təslim edən qorxaq bir baş nazir Nikol Paşinyanın olduğu müddətcə hər hansı danışıq da uğursuz olacaq. O, yalnız başqalarının ona buyurduqlarını edəcək”.
Müxalifət liderinin sözlərinə görə, kommunikasiyaların açılması Ermənistan iqtisadiyyatı üçün təhlükədir: “Ölkəmizin daxilində xalqı aldadan bəzi qüvvələr var. Deyirlər ki, indi yollar açılacaq, sürəcəksən, ticarət edəcəksən, nəqliyyatdan gəlir əldə edəcəksən, varlanacaqsan və sair. Vaxt var idi, Türkiyə ilə rabitənin açılması barədə danışıqlar gedirdi və mən bu fikri dəstəklədim. İndi qəti şəkildə bunun əleyhinəyəm. Müharibədən sonra ölkənin vəziyyətini nəzərə alsaq, türklər iqtisadiyyatımızı ələ keçirəcək. Anlamalıyıq ki, bizi bir növ “türkləşmə” gözləyir və bu, iqtisadiyyatımız üçün heç bir şans qoymayacaq”.
Zümrüd
-
MDB07:15Rusiyada miqrantlarla bağlı sərt qərar
-
Avropa05:45Aİ ölkələri qənaət rejiminə keçməli olacaq - Xəbərdarlıq
-
ABŞ05:15İranın 10 gəmisi ABŞ-ın blokadasını yarmağa çalışdı
-
Qoroskop01:40Günün ulduz falı: Maliyyədə gizli imkanlar üzə çıxacaq
-
Region15 Aprel 21:37Məktəbdə qətliam törədən yeniyetmənin fotosu
-
Region15 Aprel 20:34Ərdoğandan silahlı hücuma reaksiya
-
Sosial15 Aprel 19:30Türkiyədə tütün məhsulları tamamilə qadağan edilir - Növbə Azərbaycandadır?
-
Region15 Aprel 18:50Məktəbdə 9 nəfəri öldürən şagirdin atası saxlanıldı - Əvvəllər yüksək vəzifə tutub...

















.jpg)


















