Cənubi Qafqaz
Ermənistan ilin ən böyük hadisəsinə hazırlaşır - 20 fevralda...
Vətənin Xilası Hərəkatına daxil müxalifət liderlərinin növbəti toplantısı barədə məlumatlar təsdiqlənib.
Publika.az xəbər verir ki, Daşnaksütyun Partiyasının nümayəndəsi İşxan Saqatelyan hərəkatı təşkil edən siyasi qüvvələrin liderləri Vazgen Manukyan, Serj Sarkisyan, Robert Köçəryan və Artur Vanetsyanın vaxtaşırı görüşmək, mövcud vəziyyəti, gələcək proqramları müzakirə etmək üçün razılaşdığını deyib.
20 fevralda Vətənin Xilası Hərəkatı ilin praktik olaraq ilk böyük mitinqini keçirmək niyyətindədir. Saqatelyana görə, müxalifət geniş kütlə toplaya biləcəyini gözləyir. Siyasətçi qərarların vəziyyətdən asılı olaraq veriləcəyini söyləyib. Sarkisyan və Köçəryanın mitinqdə çıxış etmək istəyini ifadə edib-etməməsi ilə bağlı suala isə Saqatelyan mənfi cavab verib.
Ermənistan müxalifətinin bundan sonrakı hərəkətləri konkret vəziyyətdən, mitinq iştirakçılarının sayından və bir çox digər amillərdən asılı olacaq.
Xatırladaq ki, Qarabağla bağlı üçtərəfli bəyanat imzalanandan sonra Ermənistanda baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi hökumətin istefası tələbi ilə etiraz aksiyaları başladı. Bir sıra müxalifət qüvvələri hökumət başçısı vəzifəsinə namizədlərini - Vətənin Xilası Hərəkatının lideri Vazgen Manukyanı irəli sürdülər. Müxalifət hökuməti istefaya göndərməyi, müvəqqəti hökumət qurmağı və sonra erkən seçki keçirməyi təklif edir. Öz növbəsində, səlahiyyətlilər ilin sonunda Nazirlər Kabinetinin istefasını gözləmədən bu il erkən parlament seçkilərinin təşkili təklifi ilə çıxış etdilər. Müxalifət qüvvələri hakimiyyətin nəticələri saxtalaşdıracağını düşünərək bu seçimlə razılaşmadı. Nəticədə Paşinyanın komandası erkən seçki fikrindən imtina etdi.
Zümrüd
-
Avropa08:12Avropada poliqonda partlayış - Çox sayda yaralı var
-
Magazin106:16Röya mavi lələkli libasda - FOTO
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi


































.jpg)


